Satınalma nədir?
- Satınalma biznes əməliyyatları üçün lazım olan zəruri materialların, məhsulların və xidmətlərin alışı və tədarükü prosesidir. Bu proses təchiz olunan malların tələb olunan zamanda çatdırılmasını, münasib qiymətə və şirkət standartlarına uyğun olmasını təmin edir. Məhz bu səbəbdən təchizat zəncirlərinin optimallaşdırılması, xərclərin azaldılması və keyfiyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi üçün effektiv satınalma çox vacibdir.
Təchizat zəncirinin idarə edilməsində satınalmanın önəmi
- Satınalma tədarükçülərdən son müştərilərə mal və xidmətlərin sürətli və dəqiq axınını təmin etməklə təchizat zəncirinin idarə edilməsində mühüm rol oynayır. Bəs bura nələr daxildir?
1. Bazar araşdırması: Sorğular, hədəf qrupları və ya sahəyə xas ekspertlərlə danışıqlar əsasında müştəri ehtiyaclarına cavab verən məhsul və ya xidmətlərin müəyyən edilməsi;
2. Təchizatçı seçimi: Qiymət, keyfiyyət və etibarlılıq kimi amillər əsasında təchizatçıların seçilməsi, təchizatçı bazalarının yaradılması, təchizatçıların göstərdiyi xidmətə görə ilkin və təkrar qiymətləndirilməsi;
3. Müqavilələrin bağlanması: Təkliflərin qiymətləndirilməsi və ən yaxşı qiymət-keyfiyyət birləşməsini təklif edən təchizatçılarla müqavilələrin bağlanması.
Effektiv satınalma strategiyası ilə təchizat zəncirlərinin təkmilləşdirilməsi
- Satınalma məhsulların düzgün seçimi ilə doğru zamanda və kəmiyyətdə olmasını təmin etmək üçün vacibdir. Doğru strategiya ilə tullantıları minimuma endirir və müştəri məmnuniyyətini artırır. Effektiv satınalma təcrübələri bizneslərə təchizat zəncirlərini optimallaşdırmağa kömək edə bilər:
1. Təchizatçı ilə münasibətlərin təkmilləşdirilməsi: Təchizatçılarla qurulan davamlı münasibətlər məhsul keyfiyyəti üçün tez-tez təftiş və ya dəyişdirmə ehtiyacını azaldaraq resursların digər sahələrə yönəldilməsinə imkan verir;
2. Keyfiyyətə nəzarətin artırılması: Təchizat zəncirinin bütün hissələrinin bir-biriylə uyğun şəkildə işləməsini təmin etmək əvvəlcədən müəyyən edilmiş standartlara cavab verməyi təmin edir;
3. İnventarın optimallaşdırılması: İnventarın düzgün idarə edilməsi maliyyə xərclərini və israf edilmiş resursları azaldır, eyni zamanda, təchizatların müştəri ehtiyaclarına cavab verməsini təmin edir.
Müasir satınalma və davamlılıq
- Müasir dövrdə satınalma həm də ekoloji dayanıqlığa və davamlı inkişafa diqqət yetirir. Şirkətlər emissiyaları azaldan və ekoloji məqsədləri dəstəkləyən satınalma təcrübələrinə getdikcə üstünlük verirlər. Bura davamlı təcrübələrə sadiq olan tədarükçülərin seçilməsi və ekoloji cəhətdən dayanıqlı materiallar və proseslərin birləşdirilməsi daxildir. Global Management də öz növbəsində dayanıqlı inkişafı dəstəkləyərək və xidmət göstərdiyi şirkətlər üçün tətbiq edərək artıq illərdir ki, bunu şirkət siyasətinin əsas meyarına çevirib.
Satınalma istənilən uğurlu təchizat zəncirinin idarə edilməsi strategiyasının əsas hissəsidir. Malların və materialların mövcudluğunu təmin etməklə və təchizat zəncirinin bütün hissələrini koordinasiya etməklə, satınalma prosesi bizneslərin məhsuldar və səmərəli işləməsinə kömək edir. Effektiv satınalma təcrübələrinin başa düşülməsi və həyata keçirilməsi ümumi tədarük zəncirinin performansını əhəmiyyətli dərəcədə artıra bilər və biznes nəticələrinin yaxşılaşdırılmasına səbəb ola bilər.
Global Management sizə Satınalma və Təchizat Zənciri komandasıyla aşağıdakı xidmətləri təklif edir:
1. Mal və xidmətlər üzrə sifarişlərin alınması
2. Yerli və xarici bazar araşdırılması
3. Tədarükçülərin analizi, qiymətləndirilməsi
4. Sifariş olunan malların çatdırılması
5. Çatdırılmadan sonra servis xidmətlərinin göstərilməsi