ISO 14001 ətraf mühitin idarə edilməsi sistemləri üzrə beynəlxalq səviyyədə tanınmış standartdır. Bu standart təşkilatlara öz ətraf mühit göstəricilərini layihələndirmək, həyata keçirmək və davamlı olaraq təkmilləşdirmək üçün çərçivə təmin edir. Bu standarta riayət etməklə, təşkilatlar ətraf mühitə təsirini minimuma endirmək, müvafiq qanuni tələblərə əməl etmək və ətraf mühit qorunmasına dair məqsədlərinə nail olmaq üçün fəal tədbirlər gördüklərini təmin edə bilərlər.
Ətraf mühitə vurulan xəsarətlər, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və resursların tükənməsi kimi qlobal problemlərin artdığı bir dövrdə bu standartın tələblərinə riayət edən təşkilatların sayının artması çox mühüm rol oynayır. ISO 14001 bu aktual problemləri həll etmək üçün müəssisələrə strukturlaşdırılmış yanaşma təklif edir. Bu standartı qəbul etməklə, təşkilatlar təkcə tənzimləyici siyasət deyil, həm də ətraf mühitin davamlı yaxşılaşdırılmasına dair öhdəlik götürdüklərini bildirirlər. Bu yanaşma proaktiv tullantıların azaldılması, enerji və xərclərə qənaət, su ehtiyyatlarının qorunması, plastikdan istifadənin minimuma endirilməs kimi maddi faydalarla nəticələnə bilər.
Bundan əlavə, beynəlxalq müstəvidə də bu standart üzərindən fəaliyyətini quran şirkətlərin reputasiyası artırır, müştəri və tərəfdaşların onlara qarşı inamı daha da güclənir.