Biz, Global Management - autsorsinq xidmətləri göstərən bir şirkət olaraq, tərəfdaşlarının, müştərilərinin, həmçinin veb-sayt vasitəsilə şəxsi məlumatlarını təqdim edən istifadəçilərin məxfiliyinin qorunmasına dair öhdəlik daşıyır. Bu “Məxfilik Siyasəti” şirkətimizdən, veb-saytımızdan və ya təklif etdiyimiz xidmətlərdən istifadəniz zamanı topladığımız məlumatlardan necə istifadə etdiyimizi və qoruduğumuzu izah edir.
Global Management -in biznes prosesləri və şirkət fəaliyyəti əsasən beynəlxalq ISO 45001:2018, ISO 14001:2015, ISO 9001:2015 standartlarına və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
TOPLADIĞIMIZ MƏLUMAT:
Müştərilərimizdən və ya istifadəçilərimizdən topladığımız məlumatlara aşağıdakılar daxil ola bilər:
• İstifadəçinin adı, soyadı
• E-poçt ünvanı;
• Telefon nömrəsi;
• Şirkət məlumatları;
• Şəxsin çalışdığı şirkət məlumatları.
Bu məlumat xidmətlərimizi təqdim etmək, müştəri dəstəyini təmin etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək kimi məqsədlər üçün istifadə edilə bilər.
ŞƏXSİ MƏLUMATLARIN PAYLAŞILMASI:
Toplanılan məlumatlar aşağıdakı hallar istisna olmaqla, üçüncü tərəflərlə paylaşılmır.
Həmin hallar aşağıdakılardır:
• İstifadəçinin açıq razılığı ilə;
• Qanuni öhdəliklərimizi yerinə yetirmək üçün;
• Şirkətdaxili ehtiyaclara uyğun olaraq bizimlə çalışan heyətə xidmətlərimizi təqdim etmək üçün;
• Məhkəmə və Səlahiyyətli Dövlət orqanlarından Global Management-ə daxil olan rəsmi sorğu əsasında.
MƏLUMATLARIN QORUNMASI:
Global Management məlumatların qorunması üçün müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişindən, istifadəsindən və ya açıqlanmasından qorunmasına yönələn tədbirlər həyata keçirir. İstifadə etdiyi tədbirlər məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək üçün nəzərdə tutulub.
Müştəri məlumatlarının məxfiliyini qorumaq üçün biz müvafiq təhlükəsizlik tədbirləri görürük və yalnız Global Management-in səlahiyyətli işçilərinə bu məlumatı əldə etməyə icazə veririk.
KUKİ SİYASƏTİ:
Kukilər veb-saytların ziyarətçilərinin kompüterlərində və ya cihazlarında yerləşdirdikləri kiçik mətn fayllarıdır. Bu fayllar ziyarətçilərin vebsaytdan necə istifadə etdiyini izləmək və yadda saxlamaq üçün istifadə olunur. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və s. haqqında məlumatlar saxlanılır.
Global Management bir çox veb-saytlarda olduğu kimi istifadəçilər üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb-saytı tərk etməli və ya kuki seçimlərinizi hazırkı “Məxfilik Siyasətin”də göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb-saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.
Management.az/ saytına baxış zamanı kuki reklam faylları kompüterinizdə yerləşdiriləcək. Beləliklə, biz anlayacağıq ki, siz bizim hansı resurslarımız ilə maraqlanırsınız.
Qeyd edək ki, bizim tərəfdaşlar sizin adınızı, e-poçt ünvanınızı və ya telefon nömrəniz kimi şəxsi məlumatları toplamır.
MƏXFİLİK SİYASƏTİ YENİLƏMƏLƏRİ:
Bu “Məxfilik Siyasəti” vaxtaşırı yenilənə bilər. Dəyişikliklər veb-saytımızda dərc edildikdən sonra qüvvəyə minir. Zəhmət olmasa, vaxtaşırı yeniləmələri yoxlayın.
Məxfiliklə bağlı hər hansı sualınız və ya rəyiniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Telefon: (+994) 12 525 03 05
Ünvan: Rəsul Rza küç., 75, Winter Park Plaza, AZ1027
Son yenilənmə tarixi: 13.03.2024