KEYFİYYƏT, SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜZRƏ SİYASƏT
Azərbaycan Respublikasında fəaliyyət göstərən, keyfiyyət və innovativliyi ilə seçilən “Global Management” MMC idarəetmə sahəsi üzrə konsaltinq xidmətləri həyata keçirir. Ən son metodikalardan istifadə etmək biz müştərilərimizə keyfiyyətli xidmətlərin göstərilməsinə, xidmətlərin reallaşdırılması zamanı personalın təhlükəsizliyinə və ətraf mühit üçün təhlükəsiz fəaliyyəti əsas tuturuq. Qarşımıza qoyduğumuz ciddi hədəflər bizə istehlakçıların xidmətə olan tələbatını keyfiyyətlə və təhlükəsiz fəaliyyətlə qarşılamağımızı təmin edir. Qürurla qeyd etmək istəyirik ki, fəaliyyət sahəmizdə ətraf mühitin qorunması və əməyin təhlükəsizliyi önəmli yer tutur.
İstehlakçıların tələbləri, ehtiyac və gözləntilərinə uyğun xidmətin göstərilməsi, yüksək professional səviyyənin və dayanaqlı inkişafının təmin edilməsi “Global Management” MMC-nin əsas fəaliyyət istiqamətidir və ümumi inkişaf strategiyasının tərkib hissəsidir.
“Global Management” MMC keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aşağıdakı əsas prinsipləri rəhbər tutur:
• Beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsini;
• Müasir metodikalardan istifadə etməklə, yüksək keyfiyyətli, təhlükəsiz və tələblərə uyğun xidmətin vaxtında təmin edilməsi və müştəri məmnunluğunun qazanılmasını;
• Xidmətin idarəolunması, planlaşdırma və monitorinq metodlarının təkmilləşdirilməsini, infrastrukturun yaxşılaşdırılmasını;
• Bazarın dəyişikliklərinə çevik uyğunlaşmanın təmin olunmasını və rəqabət qabiliyyətliliyinin artırılmasını;
• Personalın səriştəliliyinin, təhlükəsizliyinin və qərarların qəbulunda iştirakının təminini;
• Təchizatçılarla uzunmüddətli və səmərəli münasibətlərin formalaşdırılmasını;
• Fəaliyyət çərçivəsində yerli qanunvericiliyin tələblərinə riayət edilməsini;
• Əməyin təhlükəsizliyi və ətraf mühitə təsir amillərinin idarəolunmasını;
• Ətraf mühitin qorunması öhdəliyinə uyğun olaraq çirklənmənin qarşısının alınmasını;
• İş şəraitində sağlamlıq və təhlükəsizliyin təmin edilməsi üçün işlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınmasını;
• Sağlamlıq və əməyin təhlükəsizliyi üzrə təhlükələrin aradan qaldırılması və risklərin azaldılmasını;
• İstehlakçıların məmnunluğunun və təhlükəsizliyinin təmin olunması idarəetməsinin təkmilləşdirilməsini.
“Global Management” MMC-nin rəhbərliyi Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi siyasətinin həyata keçirilməsi məqsədi ilə lazımi resurslarla vaxtında təmin olunmanı və hər bir əməkdaşın məlumatlandırılması öhdəliyini öz üzərinə götürür.
Son yenilənmə tarixi: 07.01.2024