EN Bizimlə əlaqə
Haqqımızda

Effektiv həllərlə etibarlı tərəfdaşlıq

Global Management beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri ilə biznesinizin inkişafına töhfə verir. Global Management-in autsorsinq xidmətləri və yenilikçi həlləri ilə xərclərinizi optimallaşdıra, məhsuldarlığınızı artıra, rəqabətdə önə keçə bilərsiniz.
20+

Təcrübə

50+

Komanda

300+

Layihə

Missiya

Missiya

Global Management-in  missiyası müstəsna autsorsinq həlləri ilə tərəfdaşlarımızın uğurunu stimullaşdırmaqdır. Müştərilərinin uğurunu üst səviyyəyə çatdırmaq üçün yenilikçi və keyfiyyətli autsorsinq xidmətləri göstərməklə bizneslərinə dəyər qatmaq, müştəriyönümlü yanaşması və peşəkar komandası vasitəsilə tərəfdaşlarını rəqabət üstünlüyü ilə təmin etmək, onlarla etibarlı, dürüst və şəffaf biznes mühiti yaratmaqla uzunmüddətli əlaqələr qurmaq və təklif etdiyi innovativ həllərlə sənayedə qabaqcıl yer tutmalarına kömək etməkdir.

Baxış

Baxış

Global Management Azərbaycanda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərini tətbiq edərək müştərilərinin gələcək uğurlarına töhfə verən etibarlı autsorsinq tərəfdaş olmağı hədəfləyir. Əsas prioritet daim dəyişən iş dünyasında müştərilərinin ehtiyaclarına sürətli, çevik və yenilikçi həllər təqdim edərək uğurlarını dəstəkləməkdir.

Komanda

Yaradıcı həllərin qovuşduğu nöqtə

Şirkətimizin uğurunun əsasını təşkil edən komandamızın hər biri öz sahəsində ixtisaslaşmış, peşəkar təcrübəyə malik, istedadlı mütəxəssislərdən ibarətdir. Bizi bir araya gətirən əsas missiya keyfiyyətli xidmət təqdim edərək birlikdə uğur qazanmaqdır.
Laura Seyidbəyova

Laura Seyidbəyova

Marketinq və Satış Departamentinin Rəhbəri

Rinat Kalimulin

Rinat Kalimulin

İT Departamentinin Rəhbəri

Nurlan Mədətli

Nurlan Mədətli

Maliyyə Departamentinin Rəhbəri

Anar Mustafayev

Anar Mustafayev

Hüquq Departamentinin Rəhbəri

Səadət İsmayılova

Səadət İsmayılova

İnsan Resursları Departamentinin Rəhbəri

Sertifikatlar

Keyfiyyətdən ətraf mühitə

Bizim biznesimiz keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər geniş çeşiddə beynəlxalq standartlarla təsdiqlənmiş idarəetmə sistemlərinə malikdir.

Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə idarəetmə sistemi
Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə idarəetmə sistemi

Ətraf mühitin idarə edilməsi
Ətraf mühitin idarə edilməsi

Keyfiyyətin idarə edilməsi
Keyfiyyətin idarə edilməsi

Layihələr

Seçilmiş layihələr

Təklif etdiyimiz xidmətlər bizneslərin böyümə potensialını artırarkən riskləri minimuma endirməyə kömək edir.
FAQ

Tez-tez verilən suallar

Veb-saytımızın bu bölməsində rastlaşdığınız problemlərə və tez-tez verilən suallara

cavab tapa bilərsiniz. Əgər suallarınıza burada cavab tapa bilmirsinizsə,

bizimlə əlaqə saxlaya bilərsiniz.

Şirkətiniz hansı autsorsinq xidmətləri təklif edir?

Şirkətimiz maliyyə və mühasibatlıq, marketinq və satış, satınalma və təchizat, İT, hüquq, İnsan Resursları, gömrük, keyfiyyət təminatı və keyfiyyətə nəzarət, rəqəmsal transformasiya və bir çox sahələrdə autsorsinq xidmətləri təklif edir.

Niyə biz autsorsinq xidmətlərini seçməliyik?

Autsorsinq xidmətlərindən istifadə etməklə siz biznesinizin əməliyyat yükünü yüngülləşdirə, təcrübə tələb edən sahələrdə dəstək ala və xərclərinizi optimallaşdıra bilərsiniz. Bundan əlavə, diqqət etməli olduğunuz əsas işinizə daha çox vaxt sərf edə bilərsiniz.

Proses mərhələli şəkildə necə davam edir?

İlkin mərhələdə ehtiyaclarınızı müəyyən etmək üçün konsaltinq prosesinə başlayırıq. Daha sonra sizin üçün xüsusi xidmət planı yaradırıq və onu həyata keçirməyə başlayırıq. Siz prosesin hər mərhələsində müntəzəm olaraq məlumatlandırılırsınız.

Xidmətlərinizin keyfiyyətinə necə əmin ola bilərik?

Şirkətimiz 20+ illik təcrübəyə sahib, müxtəlif xidmət kateqoriyaları üzrə ixtisaslaşmış komandalardan ibarətdir. Bundan əlavə, mövcud müştərilərimizin yüksək rəylərinə əsasən xidmətlərimizi daim təkmilləşdiririk.

Sizinlə necə əlaqə saxlaya bilərik?

Siz bizimlə e-poçt, telefon və ya üzbəüz ünsiyyət vasitəsilə birbaşa əlaqə saxlaya bilərsiniz. Həmçinin, onlayn portalımızdan istifadə edərək sorğularınızı göndərə bilərsiniz.

Karyera

Uğurlu karyeranıza bizimlə başlayın

Özünüzü təkmilləşdirmək istəyirsinizsə, vakansiyalarımıza nəzər salın!

Vakansiyalar

Dinamik komandanın üzvü olun!

Hamısına bax
announced
Əlaqə

Suallarınız var? Bizimlə əlaqə saxlayın!

Sizə necə kömək edə bilərik?