EN Bizimlə əlaqə

Shahbulag Mining (AzCement)

  • Marketinq və Satış
Shahbulag Mining (AzCement)

NEYMİNQ

Adın seçilməsi prosesi bir neçə mərhələdən ibarətdir:
•    AzCement adındakı “Cement” sözü ümumi ölkə kodu olan “AZ” ilə sintez olduğu üçün məhsula qarşı etibarlılıq yaradır, yerli və xaric bazar üçün isə məhsulun nə olduğunu və hara məxsus olduğunu izah edir. 
•    Oxunuşu istər yerli, istər qlobal bazar üçün yaddaqalan və asandır.

 

LOQO
Loqonun ilk hissəsində mala ikonu A-dan Z-ya keçid edir. Bu da loqonun həm sementlə, həm də birbaşa tikinti işi ilə əlaqəsini nümayiş etdirir.

 

QABLAŞDIRMA
Qablaşdırmanı dizayn edən zaman biz onun Qarabağda, Ağdam rayonunda istehsal olunduğunu nəzərə alaraq, milli ornament, atributlar və tarixi abidələrin istifadəsinə üstünlük verdik. Bu yanaşma və ümumi konsept AzCement məhsulunu rəqiblərin məhsullarından nəzərəçarpacaq dərəcədə fərqləndirir və onu məxsusi edir. Məhsulun dizaynında milli atributların yeni baxışla, müasir formada əks olunması onu ənənələrə sadiq qalan və daim tərəqqi edən bir brend kimi mövqələndirir.

 

ECO
Bu rəng təbiətin mühafizəsinə, ekoloji davamlılığa əsasən CEM 300 üçün seçilib. “Eco” adı ekoloji cəhətdən məhsulun dayanıqlılığına bir daha vurğu edir.


PRO
Bu rəng Shahbulag Mining-in loqosunun rəsmi rəngi olduğu üçün ən populyar məhsul CEM 400 üçün seçilib.


TİTAN
Sementin, betonun öz rənglərinin boz olduğu nəzərə alınaraq seçilib. “Titan” yunan dilində “nəhəng” deməkdir və sementin CEM500 növü, onun istifadə olunma sahələrinə əsasən seçilib.

 

QABLAŞDIRMA DİZAYNINDAKI DETALLAR

Aksent xarakterli göstərilən sarı rəng qablaşdırmanın 3 növündə də istifadə olunmuşdur.

  • At - Qarabağın tarixi irsini və mədəniyyətini vurğulamaq üçün Qarabağ atı fiquru
  • Ümumi bölgə olan Qarabağ – Ağdam rayonunda yerləşən Cümə Məscidi (Ağdam) və Şahbulaq Məscidinin (Şahbulaq) fiquru
  • Qala - Zavod Şahbulaq ərazisində yerləşdiyi üçün bölgədəki ən məşhur tarixi abidə olan Şahbulaq Qalasının fiquru
  • Bir neçə memarlıq elementi – tağlar (arkalar), geometrik quruluş və s.

 

 

Layihələr

Digər Lahiyələrimiz

Hamısına bax