EN Bizimlə əlaqə

Oxu.Az xəbər portalı

  • Satınalma və Təchizat Zənciri
  • Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət
  • İT
  • Marketinq və Satış
  • Maliyyə və Mühasibatlıq
  • Hüquq Xidmətləri
  • İnsan Resursları
Oxu.Az xəbər portalı

Oxu.Az xəbər portalı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və video-hesabatlar hazırlayan yüksək reytinqli xəbər saytlarından biridir.


Global Management bir neçə sahə üzrə Oxu.Az üçün autsorsinq dəstək göstərir. Bura insan resurslarının idarə olunması, maliyyə və mühasibatlıq, hüquq, keyfiyyətin təminatı və nəzarəti, satınalma və təchizat kimi xidmətlər daxildir.


Global Management-in QA üzrə konsultasiya dəstəyi və treninqlərin keçirilməsi nəticəsində Oxu.AZ beynəlxalq standartlara uyğunluğa əsasən 2022-ci ildə ISO sertifikatlarını əldə etmişdir.


Global Management Oxu.az üçün digər biznes idarəetmə xidmətləri ilə yanaşı kompleks İT xidmətləri də təqdim edir. Bura şəbəkə avadanlığının, IP telefoniya, televiziya, video-nəzarət və təhlükəsizlik sistemlərinin quraşdırılması daxildir. 


Şirkətinizin xəbər saytına təklif etdiyi İT xidmətləri güclü şəbəkə infrastrukturu, müasir kommunikasiya vasitələri, televiziya yayımları və geniş auditoriyaya çıxışı təmin edən təhlükəsizlik sistemləri ilə saytın performansını artırır, eyni zamanda istifadəçi təcrübəsini təkmilləşdirir və məzmunun daha geniş yayılmasına şərait yaradır. 
Oxu.az xəbər portalı üçün gördüyümüz işlərdən biri də yenilənmiş brendinq və müasir saytın hazırlanması oldu. Saytda oxucuların və izləyicilərin müxtəlif cihazlardan rahat daxil ola biləcəyi istifadəçi dostu interfeys yaradılaraq, doğru seçilmiş UI/UX dizaynla da əlçatanlıq təmin edildi. Bundan əlavə, SEO mütəxəssislərimiz yaradılmış saytın axtarış motorlarında optimizasiya işlərini həyata keçirib.


Bu xidmətlər saytın vizual görüntüsünü gücləndirməklə ziyarətçi trafikini artırır və istifadəçi təcrübəsini yaxşılaşdırır. 
“İstənilən vaxt, istənilən yerdə - xəbərlər cibinizdə!” fikrinə əsaslanaraq, mobil cihazlar üçün optimallaşdırılmış, sürətli və rahat interfeysi, naviqasiyası olan və məzmuna sürətli çıxışı təmin edən mobil tətbiq hazırlandı.  


Bu, ziyarətçiləri saytda daha uzun müddət qalmağa sövq edir, istənilən xəbəri kateqoriyalar üzrə rahatlıqla tapıb oxumağı. Üstəlik, mobil tətbiqin geniş spektr üçün əlçatanlığı xəbərlərin daha geniş yayılmasına – digər sosial şəbəkələrdə paylaşılmasına kömək edir.

Layihələr

Digər Lahiyələrimiz

Hamısına bax