ISO 45001 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üçün tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu standart risklərin idarə edilməsi və SƏTƏMM performansını təkmilləşdirmək üçün qaydaları təyin edir.
SƏTƏMM siyasəti, məqsədləri, planlaşdırma, həyata keçirmə, əməliyyat, audit və təhlil üçün meyarları müəyyən edir. Əsas elementlərə liderlik öhdəliyi, işçilərin iştirakı, təhlükənin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi, qanuni və normative qaydalara uyğunluq, fövqəladə halların planlaşdırılması, insidentlərin araşdırılması və davamlı təkmilləşdirmə daxildir.
ISO 45001 standartı sağlamlıq və təhlükəsizlik risklərini sistematik şəkildə idarə etmək üçün tətbiq edilir. Bu standart da növündən və həcmindən asılı olmayaraq bütün ölçülü təşkilatlara aiddir və digər ISO idarəetmə sistemi standartları ilə inteqrasiya oluna bilər.
ISO 45001-in tətbiqi iş yerində insidentləri azaltmaq və SƏTƏMM öhdəliklərini nümayiş etdirmək istəyən təşkilatlara əhəmiyyətli dəyər verir. Hər hansı bir şirkətin bu standarta layiq görülməsi bu təşkilatın işçilərinin sağlamlığı, təhlükəsizliyi və rifahına biganə olmadığını göstərir.