ISO 9001 keyfiyyətin idarə edilməsi sahəsi üzrə beynəlxalq standartdır.
Fəaliyyət növündən, həcmindən asılı olmayaraq bu standart təşkilatlara öz fəaliyyətini təkmilləşdirmək, müştərilərin gözləntilərini qarşılamaq və keyfiyyətli idarəetmə istiqamətində uğurla addımlamağa kömək edir. Standartın tələbi keyfiyyət idarəetmə sisteminin necə qurulacağını, həyata keçirilməsini, saxlanmasını və daim təkmilləşdirilməsini müəyyənləşdirir.
189 ölkədə təşkilatlara verilmiş 1 milyondan çox sertifikatla ISO 9001 dünyada ən çox istifadə edilən keyfiyyət idarəetmə standartıdır. Güclü müştəri diqqəti və davamlı təkmilləşdirmə də daxil olmaqla 7 keyfiyyət idarəetmə prinsipini müəyyən edən ISO 9000 ailəsi daxilində ISO 9001 sertifikatlaşdırıla bilən yeganə standartdır.