Azərbaycanın ən qədim qəzetlərindən biri olan “Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. Qəzet həm elektron, həm də ki, çap versiyada dərc olunur.
Global Management “Kaspi” qəzeti ilə 2020-ci ildən əməkdaşlığa başlayıb. Bu illər ərzində aşağıdakı sahələrdə xidmət göstərərək bir sıra işlər görülüb, layihələr icra olunub:
İnformasiya texnologiyaları: Kaspi qəzeti üçün sayt hazırlanıb və çap versiya ilə yanaşı qəzetin elektron versiyası fəaliyyətə başlayıb.
Hüquqi dəstək: Kommersiya müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, əqli mülkiyyət və əmtəə nişanının rəsmiləşdirilməsi, hüquqi konsultasiya və s. həyata keçirilib.
Maliyyə və mühasibatlıq: Qanunvericiliyə əsasən proseslər zamanı bank əməliyyatları, alış-satış əməliyyatları və s. həyata keçirilib, həmçinin, büdcə optimallaşdırılması yolu ilə resursların səmərəli idarə olunması təmin edilib.
Satınalma və təchizat zənciri: Əməkdaşlıq dövründə bütün satınalma prosesi planlaşdırılaraq tənzimləndi. Nəticədə, xərclərin azaldılmasına nail olunub, düzgün təchizatçıları seçməklə keyfiyyət və səmərəlilik artırılıb.
İnsan resursları: Müştərinin tələblərinə əsasən doğru kadrların işə qəbulu, təlimi və performansın idarə edilməsi kimi insan resursları proseslərində dəstək göstərilib.
Keyfiyyət təminatı və keyfiyyətə nəzarət: İlk tibbi yardımın göstərilməsi, əməyin mühafizəsi, yanğınsöndürmə üzrə təlimlər keçirilib.