Bizimlə əlaqə

Autsorsinq xidmətləri seçməyin 6 əsas səbəbi

Autsorsinq xidmətləri seçməyin 6 əsas səbəbi

Müasir biznes mühitində şirkətlər arasında kəskin rəqabət var. Bazar seqmentində öz yerini tutmaq, rəqabətə davamlı olmaq üçün hər bir şirkət düzgün strategiya seçimi ilə yanaşı, həmçinin, geniş büdcə tənzimləməsi də etməlidir ki, bacardığı qədər öz əsas işinə fokuslana bilsin. Çıxış yolu kimi - əsas olmayan biznes idarəetmə proseslərini autsorsinq xidməti olaraq əldə etməkdir. Bu seçimin şirkətlər üçün bir neçə faydası var.

Vaxtın daha yaxşı idarə edilməsi
Kiçik və orta bizneslər üçün vaxt böyük dəyərdir. Bəzi sahələr isə xüsusi diqqət və vaxt tələb edən sahədir. Kiçik ölçülü müəssisələrdə çalışan əməkdaşlar gündəlik işlə yüklənirlər, ona görə də şirkətlər bəzi xidmətləri bu sahədə ixtisaslaşmış şirkətlərə həvalə etməklə, prosesləri sadələşdirməyi seçirlər. Bu zaman onlar öz işçilərinin vaxtlarını səmərəli idarə edərək, əsas işlərinə diqqətlərini yönəldə bilirlər.

Pula qənaət edilməsi
Bizneslər üçün xidmətləri autsorsinq etməyin daha bir faydası xərclərin (əmək haqqı, işçilərin təlimi, ofis xərcləri və s.) optimallaşdırılmasıdır. Qənaət edilən pullarla şirkətlər mənfəətin artırılmasına təsir edən əsas fəaliyyət istiqamətlərinə yatırım edə bilərlər. İlk olaraq, təcrübə və peşəkarlığa malik olan autsorsinq şirkəti ilə çalışmaqla, onlar ofisdaxili işçi heyətinin xərclərini – peşəkar mütəxəssislərin işə qəbulunu, yeni işçilərin təlim və inkişaf proqramlarının ödəniləcək məbləğlərini və s. başqa istiqamətə yönləndirə bilərlər.

Daha asan idarəetmə
Xidmətləri autsorsinq etməklə daha asan idarəetməyə nail olmağın da bir sıra üstünlükləri var. Biznes idarəetməsi üzrə ixtisaslaşmış şirkətlər mövcud qanunvericiliyə və texnoloji inkişaflara tez uyğunlaşa bilirlər.  Bu həllyönümlü yanaşma şirkətlər üçün çevik dəyişikliklər etməyə imkan yaradaraq, paralel olaraq prosesin sürətli davam etməsinə də dəstək göstərir.

Ən son proqram təminatına çıxış
Autsorsinq şirkətlər müştərilər tərəfindən verilən tapşırıqları yerinə yetirmək üçün ən son proqram təminatından istifadə edə bilirlər. Nəticə olaraq, autsorsinq xidməti kommersiya müəssisələrinə ən son proqram təminatına əlavə pul ödəmədən onu əldə etməyə imkan yaradır.

Təcrübəli komanda
Bütün bu proseslərin mütəxəssislərə həvalə edilməsi sayəsində biznes təşkilatları bacarıqlı komandadan istifadə edə bilir, bu şəxsləri işə götürmədən və müntəzəm əmək haqqı ödəmədən peşəkar mütəxəssis heyətinə çıxış əldə edə bilirlər.

Dəqiq və vaxtında xidmət
Autsorsinq xidməti göstərən şirkətlər əvvəlcə müəssisələrin ehtiyaclarını və istəklərini müəyyən edərək biznes proses strategiyası və fəaliyyət planını yaradırlar. Davamlı rəylərin dinlənilməsi, yaxşı ünsiyyət və əməkdaşlıq mühitinin təmin edilməsi ilə iş prosesləri nəzərdən keçirilir. Çeviklik və etibarlılıq əsasında müntəzəm hesabat və performans monitorinqi təmin edilir. 

Beləliklə, şirkətlər autsorsinq xidmətlərdən yararlanaraq, saysız-hesabsız üstünlüklər əldə edə bilərlər. Bunun müqabilində, effektivlikdən tutmuş, işçilərin çevikliyinə qədər istənilən sahədə öz rəqiblərini qabaqlaya, diqqətlərini işlərini idarə etməyə yönəldə və ekspertlərin onlar üçün ən yaxşısını etmələrinə nail ola bilərlər. 

Müxtəlif xidmətləri bir şirkətdən əldə etməyin əsas üstünlüklərindən bir neçəsi də vaxta və resursa qənaət etməkdir. Artıq bir neçə ildir ki, autsorsinq üzrə fəaliyyət göstərən Global Management maliyyə və mühasibatlıq, marketinq və satış, satınalma və təchizat, İT, hüquq, insan resursları, gömrük, keyfiyyət təminatı və nəzarəti sahələri üzrə xidmətlər göstərir. Hər bir sahə üzrə ixtisaslaşmış və 20+ illik təcrübəyə sahib mütəxəssislərimiz sayəsində öz biznesinizi inkişaf etdirə bilərsiniz. Gəlin, uğur yolunda birgə addımlayaq!