EN Bizimlə əlaqə
Xidmət

İnsan Resursları

Biz işə qəbul proseslərindən tutmuş İnsan Resursları prosedurlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə qədər geniş çeşiddə və hərtərəfli xidmətlər təklif edirik. Potensial risklərin müəyyən edilməsi və biznesin qanunauyğunluğunun təmin edilməsi kimi məsələlər üzərində ciddi şəkildə işləyirik. Bundan əlavə, biz İnsan Resursları hesabatları və auditlər vasitəsilə biznesin perfomansını izləyir və təkmilləşdirmə imkanlarını müəyyənləşdiririk. Habelə, İnsan Resursları üzrə təlimlər vasitəsilə işçilərin bacarıq və biliklərini artırmalarına da dəstək veririk. 

İnsan Resursları

Kadr kargüzarlığının idarə olunması - Kadr kargüzarlığının idarə olunması xidmətimizlə şirkət işçilərinin effektiv şəkildə işə götürülməsi, öyrədilməsi, həvəsləndirilməsi, fəaliyyətinin qiymətləndirilməsi və lazım gəldikdə istiqamətləndirilməsi kimi prosesləri əhatə edirik. 

Kadr kargüzarlığı prosesinin auditi - Kadr kargüzarlığı əməliyyatlarının yoxlanılması, kadr fayllarının təşkili, işə qəbul prosesinin idarə edilməsi, məzuniyyət, ezamiyyət və davamiyyətin izlənilməsi kimi gündəlik baş verən proseslərin dəqiq və müntəzəm şəkildə həyata keçirilməsini təmin edirik.

İşə qəbul  - İşə qəbul prosesində biz uyğun namizədlərin müəyyən edilməsi, müsahibələrin təşkili, arayışların yoxlanılması və iş təkliflərinin verilməsi kimi addımları əhatə edirik. Bununla da şirkətlərə işə qəbul prosesinin hər bir mərhələsini idarə edərək vaxta qənaət etmələrinə imkan yaradırıq.

İR autsorsinq - İnsan resurslarının autsorsinq xidmətimizlə biz şirkətlərin müəyyən insan resursları funksiyalarının idarə edilməsini - kadr kargüzarlığının effektiv idarə olunması, şirkətin qanunvericilik çərçivəsindəki cərimə riskinin azaldılması, insan resurslarının strateji və mütəmadi olaraq optimizasiya edilməsini həyata keçiririk.

Şirkətdaxili qayda və tənzimləmələrə dair prosedurların hazırlanması – Biz korporativ mədəniyyətin və şirkətdaxili əlaqələrin formalaşdırılması, iş saatı və istirahət saatlarının təyin edilməsi, geyim qaydalarının təşkili, işçilərin korporativ prosedurlara uyğunluğu və pozuntu hallarının ölçülməsi kimi proseslərlə bağlı prosedurların hazırlanmasını təmin edirik.

Əmək haqqı sisteminin qurulması – Əmək haqqı sisteminin yaradılması işçilərə əmək haqqının müəyyən edilməsi, ödənilməsi və idarə edilməsi proseslərini əhatə edir. Autsorsinq xidmətlərimizlə şirkətlərə əmək haqqı və müavinətlər üzrə peşəkar təcrübə tələb edən bu prosesləri effektiv şəkildə idarə etməyə kömək edirik.

Miqrasiya xidmətləri - Miqrasiya xidmətlərinə əcnəbi işçilərin viza müraciətlərinin, yaşayış icazələrinin, iş icazələrinin və miqrasiya ilə bağlı digər əməliyyatların idarə edilməsi daxildir. Bütün bu prosesləri dəqiq və vaxtında həyata keçirərək həm büdcənizi, həm də vaxtınızı daha səmərəli istifadə etməyinizə kömək edirik.

Layihələr

Seçilmiş layihələr

Hamısına bax