Satınalma və təchizat zənciri prosesləri satınalma planına və qanunvericiliyə uyğun olaraq, prosesin vaxtında həyata keçirilməsi, təchizat sifarişlərinin idarə edilməsi, bazarın təhlili, texniki məlumatların və qiymətlərin araşdırılması, işçilərin işinə nəzarət etmək və buna uyğun qabaqcıl həllər təqdim etməklə təhlükəsizlik standartlarına riayət olunmasını təmin edir.
Mal və xidmətlər üzrə sifarişlərin alınması - Satınalma planına və qanunvericiliyə uyğun olaraq, sifarişlərin vaxtında qəbul edilməsi, təchizatçılarla əlaqə qurulmasına və ödənişlərə nəzarət edirik.
Yerli və xarici bazarın araşdırılması, tədarükçülərin analizi, qiymətləndirilməsi - Lazım olan mal və xidmətlərin bazar araşdırmasını, tədarükçülərin analizini və ən uyğun təchizatçının seçilməsini təmin edirik.
Sifariş olunan malların çatdırılması - Sifarişlərin qəbulunu, yoxlanılması və anbarın izlənməsini həyata keçiririk.
Çatdırılmadan sonra servis xidmətlərinin göstərilməsi - Alınan məhsulların keyfiyyətinə nəzarət edir, departamentlərarası ünsiyyəti və rəhbərliklə birbaşa ünsiyyəti yaradır, şirkət siyasətlərinə uyğunluğu yoxlayır və buna uyğun addımlar atırıq.