EN Bizimlə əlaqə
Xidmət

Marketinq və Satış

Marketinq və satışa yönəlmiş xidmətlərimiz biznesinizin böyüməsində və uğur qazanmasında əsas rol oynayır. Müştərilərimizin brendlərini tanıtmaq, onların məlumatlılığını artırmaq və satışlarını artırmaq üçün strateji yanaşma təklif edirik. Hədəf auditoriyasını təhlil edərək, fərdi marketinq planları yaradır və müəyyən edilmiş məqsədlərinə çatmaqda kömək edirik.

Marketinq və Satış

Sosial Media Marketinq: Tərəfdaşlarımızın marka məlumatlılığını artırmaq və satışı dəstəkləmək üçün onların hədəf auditoriyalarını təhlil edir, ən uyğun platformaları müəyyənləşdirir, məqsədlərinə uyğun effektiv marketinq planı və sosial media strategiyaları hazırlayırıq. İxtisaslaşmış komandamızla strategiyaya uyğun reklam kampaniyaları yaradır, idarə edir və effektivliyini ölçülməsi məqsədilə ətraflı hesabatlar təqdim edirik. 

 

Reklamların yerləşdirilməsi: Xəbər saytlarında və internet telekanallarında uyğun banner reklamlarının və PR məqalələrinin yerləşdirilməsini həyata keçirərək onların potensial müştərilərinizin qarşısına çıxmasını təmin edirik. Brendinizin reputasiyasını və etibarlılığını qorumaq, buna uyğun effektiv vizual kommunikasiya strategiyaları qurmaqla məqsədlərinizi hər addımda dəstəkləməyi hədəfləyirik.

 

Dizayn: Brendinizin kimliyini, unikal xüsusiyyətlərini, “səs tonunu” və dəyərlərini vurğulayaraq müştərilərinizin şüurunda güclü brend imici yaratmağınıza kömək edirik. Brend hekayəsini izah etmək üçün cəlbedici illüstrasiyalardan istifadə edir, orijinal dizaynlarımızla markanızı təmsil edən personajlar və səhnələr yaradaraq, hədəf auditoriyanızın hisslərinə toxunur və çatdırmaq istədiyiniz mesajı daha unudulmaz edirik. Bundan əlavə, markanızı dinamik və təsirli şəkildə vizuallaşdıraraq potensial müştərilərinizi cəlb etmək üçün 2D və 3D video hazırlayırıq. Peşəkar komandamız yenilikçi yanaşması ilə brendinizin xüsusiyyətlərini vurğulayan və izləyicilərinizin diqqətini cəlb edən videolar hazırlayır. 

Layihələr

Seçilmiş layihələr

Hamısına bax