EN Bizimlə əlaqə
Xidmət

İnformasiya Texnologiyaları

İnformasiya texnologiyaları xidmətimiz biznesinizin rəqəmsal transformasiyasında etibarlı tərəfdaş kimi seçilir. İnnovativ həllərimiz biznesinizin səmərəliliyini artırmaqla yanaşı, təhlükəsizliyi təmin etməklə rəqəmsal aktivlərinizi də qoruyur. Müştəriyönümlü yanaşmamızla biznesinizin ehtiyaclarını başa düşürük və fərdiləşdirilmiş həllər təklif edirik.
 

İnformasiya Texnologiyaları

Avadanlıq və proqram təminatı (Hardware və Software): Avadanlıq və proqram təminatı xidmətləri müəssisələri səmərəlilik, təhlükəsizlik və rəqabət üstünlüyü ilə təmin edir. Avadanlıq təminatı ilə müasir və etibarlı kompüter infrastrukturu üçün biznes proseslərini möhkəmləndirir, proqram təminatı ilə biznesi miqyaslana bilən və innovativ proqramlardan istifadə etməklə prosesi optimallaşdırırıq. 


Şəbəkə və Kommunikasiya: Şəbəkə və kommunikasiya texnologiyaları xidməti bizneslərə lokal şəbəkə (LAN) və genişmiqyaslı şəbəkə (WAN) texnologiyaları vasitəsilə məlumatların və verilənlərin ötürülməsinə kömək edir. Simsiz rabitə texnologiyaları isə Wi-Fi, Bluetooth və NFC kimi həllərlə cihazlar arasında simsiz əlaqə yaradır, İnternet Protokolları TCP/IP, HTTP, HTTPS, FTP və SMTP kimi standartlar vasitəsilə internetdə məlumat kommunikasiyasını təmin edir və qlobal şəbəkəyə çıxışınızı dəstəkləyirik. Bundan əlavə, telefon sistemlərinin, zəng mərkəzlərinin, mini-telefon stansiyalarının yaradılmasını, şəbəkələr üzrə VPN (virtual özəl şəbəkələr) texnologiyasının quraşdırılmasını da həyata keçiririk.


Təhlükəsizlik və Kriptoqrafiya: Kompüter şəbəkələrini qorumaq üçün aparat və proqram təminatı əsaslı təhlükəsizlik həlləri, həmçinin, informasiya təhlükəsizliyini təmin etmək üçün video-nəzarət və video serverlər, şifrləmə alqoritmləri, rəqəmsal imzalar və təhlükəsiz rabitə protokolları kimi texnologiyaları istifadə edirik.


Verilənlər bazasının idarəetmə sistemləri (DBMS): Bu xidmətlə biz verilənlərin təşkili, saxlanması və idarə edilməsi üçün istifadə olunan proqram sistemləri təklif edirik. Bu kateqoriya verilənlər bazasına (MySQL, PostgreSQL, Oracle, SQL Server) və NoSQL verilənlər bazalarına (MongoDB, Cassandra, Redis) bölünür və hər biri ilə müxtəlif məlumatların saxlanması və emalı ehtiyacları üçün uyğun həllər təklif edirik. 


Veb texnologiyaları: Veb-saytların hazırlanması, bərpası və idarə edilməsi üçün bir neçə PHP proqramlaşdırma dillərindən istifadə edirik. Güclü və təhlükəsiz veb infrastrukturu təmin etməklə, sizin potensial müştərilərinizə çıxışınızı artırır və biznes məqsədlərinizə çatmağınızı asanlaşdırırıq.


Tətbiqlərin yaradılması və idarə olunması: Bu xidmət tətbiqlərin yaradılması, bulud hesablama xidmətləri və paylanmış sistemlərin yerləşdirilməsi və idarə edilməsi daxildir. Həmçinin, tərəfimizdən tətbiqin optimizasiyası, UX/UI dizaynın edilməsi, məzmunun saytda yerləşdirilməsi də həyata keçirilir.

 

SEO və SEM: SEO (Axtarış Motoru Optimizasiyası) ilə veb-saytınızın axtarış motorlarında daha yüksək yer tutmasını təmin etmək üçün keyfiyyətli məzmun istehsal etməklə, orqanik trafik qazanmağınıza kömək edir, SEM ilə (Axtarış Motoru Marketinqi) hədəf auditoriyanıza çatmağınız üçün Google Ads kimi reklam platformalarından istifadə edərək, reklam büdcənizi ən effektiv şəkildə idarə edirik. 


Veb-dizayn və UI/UX dizayn: Veb dizayn istifadəçi dostu interfeysi ilə saytınızın estetikasını və funksionallığını artırır və brendinizin onlayn şəxsiyyətini formalaşdırır. İstifadəçi araşdırması, prototipləmə və istifadəyə yararlılıq testini özündə cəmləşdirən UI/UX dizaynla isə hədəf kütlənin ehtiyaclarını aşkarlayır, onlara uyğun interfeyslə əlçatanlığı təmin edirik. 


İT Layihə və Məhsul dizaynı: Məhsul dizaynında biz müştərilərimizin ehtiyaclarını başa düşürük və unikal, istifadəçiyönümlü və funksional məhsullar hazırlamaq üçün dizayn prosesinin hər bir addımınında onları məlumatlandırır və diqqətlə idarə edirik. Layihə dizaynında biz layihənin məqsədlərini aydınlaşdırmaq, resursları effektiv idarə etmək və layihəni uğurla başa çatdırmaq üçün strateji planlar qururuq. 

Layihələr

Seçilmiş layihələr

Hamısına bax