Global Management Azərbaycanın aparıcı xəbər saytlarından biri olan Media.Az üçün hərtərəfli autsorsinq xidmətləri göstərir. Bu xidmətlər saytın uğurunu davamlı şəkildə dəstəkləyir və əməliyyat mükəmməlliyini təmin edir. Təqdim etdiyimiz xidmətlərin təfərrüatlarını aşağıda qeyd edirik:
Maliyyə və Mühasibatlıq: Media.Az-ın maliyyə proseslərini optimallaşdırır, effektiv büdcə tərtibini, mühasibat uçotunun idarə edilməsini və maliyyə hesabatını təmin edir. Bu xidmətlər saytın maliyyə sabitliyini və strateji qərar qəbuletmə proseslərini gücləndirir.
Marketinq və Satış: Global Management-in marketinq və satış komandası Media.Az-ın sektordakı mövqeyini artırmaq və sayta daha çox trafik cəlb edilməsi üçün bir neçə stratejik həllər təklif edir. Bu xidmətlər hədəf auditoriyaya çatmağı və marka məlumatlılığını artırır.
Satınalma və Təchizat Zənciri: Əməkdaşlıq dövründə bütün satınalma prosesi planlaşdırılaraq tənzimlənir. Nəticədə, xərclərin azaldılması və düzgün təchizatçıları seçməklə keyfiyyət və səmərəlilik artırılır.
İnformasiya Texnologiyaları: Media.Az-ın texnoloji infrastrukturunu gücləndirmək üçün qabaqcıl informasiya texnologiyaları həlləri təklif olunur. Bu xidmətlər saytın işini yaxşılaşdırmaq, təhlükəsizliyini təmin etmək və texniki dəstək göstərmək üçün nəzərdə tutulub.
Hüquq Xidmətləri: Məzmun qaydaları, müəllif hüquqları və digər qanuni tələblərlə bağlı hərtərəfli hüquqi məsləhət və dəstək xidmətləri göstərilir. Bu proses Media.Az-ın qanunlara uyğunluğunu və risklərin idarə edilməsini dəstəkləyir.
İnsan Resursları: Media.Az-ı istedadlı işçi qüvvəsi ilə təmin etmək üçün dəstək xidmətləri göstərilir. Bu xidmətlərə işə qəbul, təlim və işçilərin məmnuniyyəti ilə bağlı kompleks həllər daxildir.
Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət: Keyfiyyətə zəmanət və keyfiyyətə nəzarət xidmətləri yüksək standartlarda media məzmununun istehsalı üçün təqdim olunur. Bu xidmətlər məzmun keyfiyyətini və müştəri məmnuniyyətini artırır.