Autsorsinq Azərbaycan biznesini necə transformasiya edəcək?
Son illərdə qlobal biznes mühitində autsorsinq getdikcə daha çox önəm qazanmaqdadır. Autsorsinq artıq sadəcə xərcləri azaltmaq üçün bir üsul deyil, eyni zamanda, şirkətlərin böyümə strategiyasının əsas elementidir. Dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan McKinsey & Company-nin ən son hesabatlarından birində bu məqam xüsusi vurğulanır. Hesabata əsasən, şirkətlər müəyyən əməliyyat proseslərini autsors etməklə həm daha çevik, həm də daha məhsuldar olurlar. Bu tendensiya Azərbaycan bazarında da yeni-yeni formalaşmağa başlayır. Ölkəmizdəki şirkətlərin böyük əksəriyyəti hələ də bütün biznes funksiyalarını daxildə idarə etməyə çalışır ki, bu da əhəmiyyətli resurs və vaxt itkisinə səbəb olur.
Autsorsinqin Azərbaycan şirkətlərində üstünlükləri
Biz Global Management olaraq inanırıq ki, effektiv autsorsinq strategiyası xüsusilə də aşağıdakı sahələrdə Azərbaycan şirkətlərinə ciddi üstünlüklər qazandıra bilər:
- Mühasibatlıq və maliyyə, hüquq
- Marketinq və satış
- Satınalma və təchizat zənciri
- İnsan resurslarının idarə edilməsi
- İT sistemlərinin dəstəklənməsi
- Sənəd dövriyyəsinin təşkili
Bu funksiyaların autsors edilməsi şirkət işçilərinin öz əsas vəzifələrinə və strateji hədəflərə fokuslanmağa imkan verir. Eyni zamanda, əməliyyat xərcləri optimallaşır, bürokratik proseslər və insan əliylə olan xətalar azalır, peşəkar xidmət sayəsində ümumi iş keyfiyyəti yüksəlir.
Rəqabət üstünlüyü əldə etmək fürsəti
Qloballaşan dünyada Azərbaycan şirkətləri üçün autsorsinq artıq bir trenddən daha çox zərurətə çevrilir. Rəqabətdə öndə olmaq və bazarda daha böyük pay əldə etmək üçün şirkətlər mütləq bu strategiyanı nəzərdən keçirməlidirlər.
Əgər siz də öz biznesinizi yeni səviyyəyə çatdırmaq və böyütmək istəyirsinizsə, autsorsinq sizin üçün ən doğru seçim ola bilər. Bu yolda ilk addımı Global Management ilə əməkdaşlıq edərək atmağınız tövsiyə olunur.