Yanlış işçi seçimi şirkətlərin illik büdcəsinə necə təsir edir?
Yanlış işçi seçimi bir çox şirkət üçün gizli maliyyə riski yaradır. İlk baxışda bu problem yalnız əməkhaqqı itkisi kimi görünə bilər. Lakin praktikaya nəzər yetirdikdə təsir dairəsi daha genişdir və birbaşa olaraq illik büdcəyə təsir edir.
Əsas problemlər aşağıdakılardır:
• Əməkhaqqı və sosial ödənişlər: İşçi gözlənilən nəticəni verməsə belə, əməkhaqqı, sosial sığorta haqları və məzuniyyət öhdəlikləri davam edir.
• Təlim və adaptasiya xərcləri: Yeni işçiyə sərf olunan zaman və maliyyə resursları özünü doğrultmamaqla yanaşı əlavə xərcə çevrilir.
• Məhsuldarlıq itkisi: Uyğun olmayan əməkdaş yalnız öz performansını deyil, komandanın ümumi iş fəaliyyətinin göstəricilərini də zəiflədir.
• İşçi dövriyyəsi xərcləri: İşdən azad etmə və yeni işə qəbul prosesi yenidən vakansiya elanları, müsahibələr və İR resursları tələb edir.
• Hüquqi risklər: Əmək münasibətlərinin düzgün qurulmaması cərimələr və hüquqi məsuliyyət yarada bilər.
Azərbaycan bazarında aparılan müşahidələr göstərir ki, İR prosesləri zəif qurulduqda yanlış işə qəbul şirkətin illik büdcəsinə orta hesabla 30 %-ə qədər əlavə maliyyə itkisinə səbəb ola bilər.
Bu risklərin qarşısını almağın əsas yolu işə qəbul prosesinin sistemli və peşəkar şəkildə idarə olunmasıdır. Dəqiq vakansiya tələbləri, strukturlaşdırılmış seçim mexanizmi və obyektiv qiymətləndirmə metodları yanlış qərar ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Nəticədə həm maliyyə itkiləri minimallaşır, həm də komandanın ümumi səmərəliliyi qorunur.
Azərbaycan bazarında işə qəbul prosesində risklər və son qayda-qanunlar
Son illərdə əmək qanunvericiliyində edilən dəyişikliklər işəgötürənlər üçün əlavə məsuliyyət və risklər yaradıb. Bir çox şirkət bu tələbləri tam bilmədiyi və ya düzgün tətbiq etmədiyi üçün cərimələr və inzibati problemlərlə üzləşir.
Əsas risk mənbələri bunlardır:
• Elektron əmək müqavilə bildirişi olmadan işə başlama halları
• Sosial sığorta məlumatlarının düzgün qeydiyyata alınmaması
• Müsahibə və seçim prosesində birbaşa və ya dolayı diskriminasiya riski
• Əmək müqaviləsində yazılan vəzifə ilə real iş funksiyalarının uyğun gəlməməsi
Bu nöqsanlar şirkətin həm maliyyə sabitliyinə, həm də korporativ reputasiyasına ciddi zərər vura bilər.
Global Management-in İR xidmətləri bu riskləri sistemli şəkildə aradan qaldırması əsasən hədəflərindəndir. Peşəkar yanaşma sayəsində işə qəbul və kadr idarəetməsi qanunvericiliyə tam uyğun qurulur.
Xidmət çərçivəsində:
• Vakansiyalar real ehtiyaclara uyğun hazırlanır;
• Namizədlər peşəkar seçim və qiymətləndirmə mərhələlərindən keçirilir;
• Əmək müqavilələri qanuni əsaslarla və düzgün məzmunla tərtib olunur;
• İR prosesləri uçdan-uca nəzarətdə saxlanılır.
Nəticədə şirkətlər vaxt və büdcə itkisini azaldır, hüquqi risklərdən qorunur və uzunmüddətli, stabil komanda formalaşdırır.