Müasir biznes dünyasında uğur ideya ilə bərabər düzgün idarəetmə modeli ilə gəlir. Global Management olaraq biz şirkətlərin dayanıqlı inkişafını təmin etmək üçün beynəlxalq səviyyədə qəbul olunmuş idarəetmə və dəyişiklik modellərini öz xidmətlərimizdə tətbiq edirik. Məqsədimiz Azərbaycan və region bazarında fəaliyyət göstərən şirkətləri strukturlaşdırılmış və nəticəyönümlü transformasiya ilə gücləndirməkdir.
Biznes autsorsinq sahəsində təcrübəmiz göstərir ki, yerli şirkətlərin əsas uğursuzluq səbəblərindən biri sistemli idarəetmə modellərinin olmamasıdır. Azərbaycanda həyata keçirdiyimiz 300-dən çox uğurlu layihə məhz bu boşluğu doldurmağa yönəlib.
Aşağıda Global Management-in xidmətlərində aktiv istifadə etdiyi 5 əsas beynəlxalq idarəetmə modelini real praktik yanaşmalarla təqdim edirik.
1. McKinsey 7-S Modeli: Strateji uyğunluq və strukturlaşdırma
Bu model 1970-ci illərdə Tom Peters və Robert Waterman tərəfindən işlənib hazırlanıb və o vaxtdan bəri qlobal biznes idarəetməsinin təməl prinsiplərindən birinə çevrilib. McKinsey 7-S modeli təşkilatda uğur üçün strategiya, struktur və insan amilinin bir-biri ilə uyğun olmasını əsas götürən idarəetmə çərçivəsidir. Model 7 əsas elementi - strategiya, struktur, sistemlər, ortaq dəyərlər, idarəetmə üslubu, heyət və bacarıqları vahid mexanizm kimi nəzərdən keçirir.
Global Management bu modeli necə tətbiq edir?
Global Management olaraq biz:
– Şirkətin strategiyasını təhlil edib təkmilləşdirir;
– Struktur və prosesləri optimallaşdırır;
– Komanda bacarıqları və idarəetmə stilini strategiya ilə uyğunlaşdırırıq.
Nəticədə şirkətinizdə balanslı, çevik və dayanıqlı idarəetmə sistemi formalaşır.
2. Kotter Modeli: Dəyişikliklərin peşəkar idarə edilməsi
Kotter modeli təşkilatlarda dəyişikliklərin sistemli və effektiv şəkildə həyata keçirilməsi üçün hazırlanmış 8 mərhələli idarəetmə çərçivəsidir. Harvard professoru John Kotter tərəfindən yaradılan bu model transformasiya, rəqəmsallaşma və restrukturizasiya proseslərində dünya üzrə geniş tətbiq olunur.
Global Management bu modeli necə tətbiq edir?
– Dəyişiklik üçün təcili ehtiyacı əsaslandırır;
– Prioritetləri operativ şəkildə müəyyən edir;
– Rəhbər və layihə komandasını formalaşdırır;
– Dəyişikliyi korporativ mədəniyyətə inteqrasiya edir.
3. ADKAR Modeli: İnsan mərkəzli transformasiya
Global Management üçün dəyişiklik insan üzərindən başlayır. Buna görə “ADKAR modeli” İR xidmətlərimizin əsasını təşkil edir. Prosci tərəfindən işlənmiş bu model xüsusilə işçi heyətinin adaptasiyası üçün effektivdir.
Tətbiq forması:
– Şüur formalaşdırmaq (Awareness): dəyişiklik səbəblərini izah edirik;
– İstək yaratmaq (Desire): dəyişikliyə maraq yaradırıq;
– Məlumatlandırmaq (Knowledge): təlimlər və workshoplar keçiririk;
– Bacarıqları yoxlamaq (Ability): praktiki tətbiqlər sınayırıq;
– Nəticəni möhkəmləndirmək (Reinforcement): nəticələri möhkəmləndiririk.
4. Kaizen: Davamlı təkmilləşmə yanaşması
Kaizen Yapon mənşəli bir idarəetmə fəlsəfəsidir və “dəyişiklik” (Kai) ilə “yaxşı” (Zen) sözlərinin birləşməsindən yaranıb. Bu fəlsəfə şirkətlərdə “birdəfəlik böyük dəyişiklik” deyil, kiçik, davamlı və ardıcıl təkmilləşmələr yolu ilə inkişafı təşviq edir.
Bu modelə əsasən biz necə işləyirik?
– Prosesləri analiz edirik;
– Kiçik, effektiv dəyişikliklər təklif edirik;
– Komandaları təşviq edirik;
– "5S" və digər Kaizen alətlərini təqdim edirik.
5. Nudge: Yumşaq davranış dəyişikliyi
Global Management davranış yönümlü dəyişikliklərdə “Nudge modelindən” istifadə edir. Nobel mükafatı laureatı Richard Thaler tərəfindən inkişaf etdirilmiş bu yanaşma insanların davranışını məcbur etmədən, yumşaq təkan verməklə (nudge -itələmək) dəyişdirməyi hədəfləyir.
Harada tətbiq olunur?
– Satış komandalarının motivasiyası;
– Daxili kommunikasiya;
– Müştəriyönümlü davranışların formalaşdırılması;
– Ekoloji və sosial məsuliyyət proqramları.
Global Management-in fərqi ondadır ki, biz beynəlxalq idarəetmə modellərini həm nəzəri, həm praktiki olaraq real biznes problemlərinə tətbiq edirik. Harvard Business Review-nun araşdırmalarına görə, professional autsorsinq şirkətləri ilə əməkdaşlıq edən təşkilatlar bazarda orta hesabla 2.5 dəfə daha çox davamlı artım nümayiş etdirirlər.
- Strategiya
- Struktur
- İnsan faktoru
- Davamlı inkişaf
Hamısı bir sistemdə birləşir.
Azərbaycanda və regiondakı şirkətlərə 360° autsorsinq dəstəyi verən Global Management, beynəlxalq təcrübə ilə yerli bazarın xüsusiyyətlərini birləşdirərək, müştərilərinin rəqabət üstünlüyünü təmin edir.