EN Bizimlə əlaqə

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi xidməti tam elektronlaşdırılıb

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi xidməti tam elektronlaşdırılıb

Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77-1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi üçün vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.new.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət ünvanlaya bilərlər. Qeyd edək ki, sözügedən xidmət artıq tam elektronlaşdırılıb.


Xidmət nəticəsində vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar və ya həmin qərarın qəbulundan imtina edilməsi ilə bağlı səbəblər vergi ödəyicisinə göndərilir. Qəbul edilmiş qərarlar barədə məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında ayrıca bölmədə yerləşdirilir.

Ətraflı məlumat üçün linkə keçid edin.