Global Media Group-un tərkibində fəaliyyət göstərən Global Management 16-18 dekabr 2024-cü il tarix aralığında beynəlxalq standartların tələbləri əsasında ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri 2-ci nəzarət auditi uğurla keçirilib. Audit “TÜV Austria Azərbaycan” şirkəti tərəfindən aparılıb.
Auditin məqsədi həmin təşkilatlarda tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin və onun proseslərinin davamlı təkmilləşdirilməsi ilə bağlı sübutların əldə edilməsi və təsdiq edilməsi olub. Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edildi.
Qeyd edək ki, Global Management 2022-ci ildən bəri yuxarıda qeyd olunan standartlar üzrə sertifikatlara malikdir.