Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2024-cü il tarixli Fərmanı ilə (“Fərman”) “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda (“Qayda”) dəyişiklik edilmişdir.
Fərmana əsasən Qaydaya investisiya təşviqi sənədində dəyişikliklərin edilməsi və layihələrin digər sahibkarlara ötürülməsi proseduru ilə bağlı yeni maddələr əlavə edilmişdir.
Belə ki, sahibkarlar investisiya təşviqi sənədində göstərilən məlumatların dəyişdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər və İqtisadiyyat Nazirliyi tərəfindən bu müraciətlərə 5 iş günü ərzində baxılacaq. Eyni zamanda, sahibkarlar investisiya layihələrini digər sahibkarlara ötürə bilərlər və bu zaman investisiya təşviqi sənədini almış və yeni sahibkar birgə ərizə ilə və müvafiq sənədlərlə İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər.
Ətraflı məlumat üçün linkə keçid edin.