EN Bizimlə əlaqə

“Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası” təsdiq edilib

“Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası” təsdiq edilib

Bildiririk ki, 20 sentyabr 2024-cü il tarixində “Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası” (“Qayda”) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Qayda müflis elan olunmuş bankların aktivlərinin təsnifləşdirilməsi və aktivləri üzrə mümkün zərərlərin tanınması üçün xüsusi ehtiyatların yaradılması və vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydalarını müəyyən edir.

Bu Qayda ilə istehlak kreditlərinin, restrukturizasiya olunmuş aktivlərin, banklararası tələblərin, qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun təsnifləşdirmə qaydaları, aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu, xüsusi ehtiyatlara aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmədiyi hallar və bir sıra digər qaydalar da müəyyən olunmuşdur.

Ətraflı məlumat üçün linkə keçid edin.