EN Bizimlə əlaqə

“İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilib

“İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilib

Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli 3-23/3-9-12/2024 nömrəli Qərarı (“Qərar”) ilə 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nda (“Qaydalar”) dəyişiklik edilib.

Belə ki, Qərara əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.

Bundan əlavə, Qaydalar işçinin xərclərinin dəvət edən tərəfindən qismən və ya tam çəkilməsi zamanı işçiyə ödənilməli olan ezamiyyə xərclərini müəyyən edir.

Ətraflı məlumat üçün linkə keçid edin.