2024-cü ildə Azərbaycan üzrə internet istifadəçilərinin sayı 9.19 mln, sosial media istifadəçilərinin sayı isə 6.10 mln-a çatıb. Ən çox istifadə olunan platformalarda - Facebook-da 1.60 mln, Instagram-da 4.05 mln, TikTok-da 6.10 mln, LinkedIn-də 830 min, Twitter-də isə 255.9 min izləyici kütləsi var (mənbə “DataReportal”). Bütün bu göstəricilər rəqəmsallaşan dövrün ən vacib elementlərindən biri olan sosial medianın əhəmiyyətinin günü-gündən artdığını göstərir. Bu bloqda istər nəhəng korporativ şirkətlər, istərsə də kiçik və orta bizneslər üçün sosial medianın təqdim etdiyi geniş imkanları araşdıracağıq.
1. İnsanlar sosial şəbəkələrdən niyə istifadə edir?
- İnsanlar sosial şəbəkələrdən istifadə edərək ünsiyyət qurur, dostları və ya uzaqda olan yaxınları ilə əlaqə saxlayır, maraqlı kontentlər vasitəsi ilə əylənir və ya sadəcə xəbərləri, aktual mövzuları izləyirlər.
- Eyni zamanda, sosial media informasiya mübadiləsi üçün resurs rolunu da oynayır. İnsanlar öz alış-veriş etdikləri və ya sadəcə bəyəndikləri brendləri də sosial media vasitəsilə yaxından təqib edə bilirlər. Markaların sosial media hesablarını izləmə səbəbləri yeniliklər, məhsullar, kampaniyalar və endirimlər haqqında məlumat əldə etmək və müştəri xidməti almaqdır.
2. Brendin tanıdılmasında sosial medianın rolu nədir?
- Sosial media brendin düzgün tanıdılmasında, məlumatlılığın artırılmasında və kommunikasiya üçün mühüm vasitədir. Bizneslər bu platformalar vasitəsilə öz hekayələrini, dəyərlərini və marka şəxsiyyətlərini geniş auditoriya ilə paylaşaraq istifadəçiləri ilə səmimi ünsiyyət qura və emosional bağlar yarada bilirlər. Bizneslər əyləncəli məzmun və maraqlı kampaniyalarla istehlakçılarının diqqətini cəlb edərək brendə qarşı loyallıq yarada da bilirlər.
3. Sosial media vasitəsilə müştərilərlə qarşılıqlı əlaqənin faydası nədir?
Sosial media vasitəsilə müştərilərlə qarşılıqlı əlaqə qurmaq və brendə sadiqlik yaratmaq üçün bir neçə vacib addım var:
- Birincisi, mütəmadi olaraq müştəri rəylərini izləmək və dinləmək lazımdır. Müştərilərlə fərdi və birbaşa ünsiyyət brendlə kommunikasiyanı gücləndirir.
- İkincisi, şirkət müştəri rəylərini istifadə etməklə öz məhsul və ya xidmətlərini təkmilləşdirə bilər, həmçinin, yeni təklifləri də dəyərləndirə bilər.
- Üçüncü, reputasiyanın idarə edilməsi baxımından rəyləri nəzərə almaq, müsbət və mənfi rəylərə daha diqqətlə və vaxtında reaksiya vermək böhran vəziyyətinin qarşısı alınması və düzgün idarəedilməsi üçün vacibdir. Bu zaman dürüst və şəffaf ünsiyyətin təmin edilməsi ilə biznesin etibarını artırmaq mümkün olacaqdır.
- Son olaraq, müştəri məmnuniyyətini təmin etməklə, uzunmüddətli və möhkəm biznes-müştəri əlaqəsi yaratmaq mümkündür.
4. Sosial medianın satışlara təsiri nədir?
- Sosial medianın bizneslər üçün əsas dəyərlərindən biri onun effektiv satış kanalı olmasıdır. Sosial media vasitəsilə birbaşa veb-saytlara trafik yönləndirərək satışda artıma nail olmaq olar. Uğurlu satışlara nail olmaq üçün məzmun marketinqi də önəmlidir. Şirkətlər müxtəlif məzmun növlərindən istifadə edərək reklam və tanıtım (“promotion”) vasitəsilə öz məhsul və xidmətlərini geniş auditoriyaya tanıdaraq həm satışlarında artım əldə edə bilərlər, həm də brendin uzunmüddətli yaddaşlarda qalmasına səbəb ola bilərlər. Bütün bu üstünlüklərə əlavə olaraq, sosial media digər marketinq kommunikasiya kanalları ilə müqayisədə xərclər baxımından daha sərfəlidir. Bu da brendlərə büdcələrini effektiv şəkildə idarə etməyə imkan verir.
- Sosial media platformalarının sürətlə dəyişən tendensiyaları, həmçinin, bizneslər üçün yeni, cəlbedici kontent müxtəlifliyi imkanlarını da yaradır. 2024-cü ilin uğurlu trendləri arasında “CGI” (“Computer-Generated Imagery”, yəni kompüter tərəfindən yaradılan görüntülər) və “VFX” (“Visual Effects”, yəni vizual effektlər) tipli video kontentlər, “Guerilla” marketinq (“Partizan” marketinqi , kiçik və orta həcmli şirkətlərin bazarda sabit vəziyyət qazanmaq üçün nəhəng rəqib şirkətə müntəzəm olaraq kiçik zərbələr vurmaq üçün istifadə etdikləri marketinq strategiyaları), “AR” (“Augmented Reality”, yəni kompüter tərəfindən yaradılan “real” dünya) və “VR” (“Virtual Reality”, yəni real dünyadan xəyali dünyaya keçid etməyi asanlaşdıran kompüter sistemi) reklamlar, süni intellektlə generasiya edilən kontentlər və s. yer alır.
- Kiçik və böyük bizneslər bu trendlərdən istifadə sayəsində kampaniyalarını daha interaktiv edə, düzgün kontent strategiya – gözəçarpan vizual və kopiraytinqlə daha çox hədəf auditoriyanın diqqətini cəlb edə bilərlər.
5. Sosial media vasitəsilə böhranları necə idarə etmək olar?
- Sosial medianın digər bir yaxşı tərəfi onun interaktiv olmasıdır. Yarana biləcək bir çox kritik vəziyyətlərdə şirkətlər istifadəçilərdən böhranın ilkin mərhələsində məlumat alır, bunun nəticəsində də məsələlərə daha tez reaksiya vermək imkanları yaranır. Operativ və dəqiq cavablar verməklə bizneslər çətin situasiyalar qarşısında şəffaflığı təmin edə bilərlər. Həssaslıq qarşısında empatiya nümayiş etdirmək istifadəçilərin etibarını qazanmaq üçün çox vacibdir. Böhrandan sonrakı prosesin monitorinqi və daimi ünsiyyətin davam etdirilməsi böhranın uğurlu idarə olunması üçün vacibdir.
Düzgün marketinq strategiyası ilə sosial mediada öz mövcudluğunuzu yaratmaq, sosial media səhifələrinizi idarə etmək, SEO və SEM ilə doğru optimizasiya, məzmun və dizayna aid bütün proseslərin icrası, reklamların yerləşdirilməsi və satışların artımına nail olmaq istəyirsinizsə, Global Management-in marketinq və satış komandası istəklərinizə və ehtiyaclarınıza uyğun xidmətlər göstərməyə hazırdır.