Global Management-in əməkdaşları ISO 31000:2018 – Risklərin İdarə Edilməsi üzrə Daxili Auditor sertifikatını alıblar. 3 gün davam edən təlim "TÜV Austria Azərbaycan" şirkəti tərəfindən keçirilib. ISO 31000 sertifikatı risklərin idarə edilməsi, qərarların verilməsi, məqsədlərin təyin edilməsi və onlara nail olunması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması yolları ilə təşkilatlarda dəyər yaradan və qoruyan insanlar tərəfindən istifadə edilməsi üçün nəzərdə tutulmuş beynəlxalq standartdır və bütün qabaqcıl şirkətlər tərəfindən tətbiq olunur.
Xatırladaq ki, Global Management ISO 9001, ISO 14001, ISO 45001 sertifikatlarına sahibdir.