Global Media Group və BMT-nin Qlobal Sazişi arasında Anlaşma Memorandumu imzalandı!
Global Media Group-un idarə heyətinin sədri Elnur Abdullayev dayanıqlı biznes təcrübələrini və sazişin 10 prinsipini dəstəkləmək məqsədilə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədovla tarixi əməkdaşlığa imza atdı!
Bu əməkdaşlıq Global Media Group-un ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini daha da gücləndirir.
Qeyd edək ki, bir neçə ay əvvəl Global Media Group və tərkibinə daxil olan Global Management şirkəti BMT-nin Qlobal Sazişinə üzv olmuşdu və bu gün imzalanan memorandumla da biz iş dünyasında və onun hüdudlarından kənarda daha “yaşıl” bir dünya üçün birgə çalışmağa davam edəcəyimizi bir daha vurğulamaq istədik.