Global Media Group COP29-un Yaşıl Zonasında “Media üçün davamlılıq dili” mövzusunda BMT-nin Qlobal Sazişi ilə birgə təlim təşkil etdi
Bu təlimlə məqsədimiz, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək və media nümayəndələrini iqlim dəyişikliyi və davamlılıq sahəsində daha məlumatlandırıcı işlər görmək üçün dəstəkləməkdir. BMT-nin Qlobal Sazişinin Kommunikasiya rəhbəri Vinn Boelt-in rəhbərliyi ilə iştirakçılar beynəlxalq təcrübələrdən faydalandılar.
Global Media Group və Global Management olaraq, davamlı inkişaf hədəflərinə töhfə verməyə və cəmiyyətimizi daha yaşıl gələcək üçün maarifləndirməyə davam edirik.