Global Media Group-un tərkibinə daxil olan Global Management şirkəti Coca-Cola-nın 21 sentyabrda təşkil etdiyi ekoloji aksiyada iştirak edib. “Xəzəri qoruyaq” şüarı altında Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunmuş bu ekoloji aksiyada əməkdaşlarımızla birlikdə Novxanı çimərliyinin məişət tullantılarından təmizlənməsinə öz dəstəyimizi göstərdik.
Düşünürük ki, ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur. Global Management də öz əməkdaşlarına məhz bunu aşılayır. Gəlin, təbiətin qayğısına qalaraq sağlam yaşamaq üçün birlikdə addım ataq!