EN Bizimlə əlaqə

“Qalstuk-Kəpənək” təhlili

“Qalstuk-Kəpənək” təhlili

Bu gün fərqli sahələrdə fəaliyyət göstərən biznes təşkilatları risklərin idarə edilməsi və təhdidlərin təhlili üçün müxtəlif metodlardan istifadə edir. Bu metodlardan biri təhlükəsizlik mühəndisliyi və risk idarəetməsi sahəsində geniş istifadə olunan “Qalstuk-Kəpənək” təhlilidir (Bow-Tie Analysis). Bu üsul təhlükəli hadisələrin baş vermə ehtimallarını, bu hadisələrin səbəblərini və nəticələrini vizual olaraq təsvir etməyə kömək edir. Diaqramın qalstuk-kəpənək formasına bənzədilməsi onun bir tərəfdə səbəbləri (və ya təhlükə mənbələrini), digər tərəfdə isə nəticələri göstərməsi ilə əlaqədardır. İkisinin arasında isə təhlükəli hadisə yerləşir.

Card image cap

Qalstuk-Kəpənək” təhlilinin əsas elementləri:

  1. Təhlükəli hadisə (Top Event):
    • “Qalstuk-Kəpənək” diaqramın mərkəzində yerləşir və ən vacib elementdir;
    • Bu, hadisə zəncirindəki əsas təhlükəli vəziyyəti və ya insidenti təmsil edir (məsələn, yanğın, sızma və ya partlayış).

 

  1. Səbəblər (Hazard Causes):
    • Təhlükəli hadisənin baş verməsinə gətirib çıxaran ilkin amillər və ya hadisələr;
    • Diaqramın sol tərəfində yerləşdirilir və səbəbləri göstərmək üçün müxtəlif oxlar istifadə olunur.

 

  1. Təsirlər (Consequences):
    • Təhlükəli hadisənin baş verməsi nəticəsində meydana çıxan mümkün nəticələr;
    • Diaqramın sağ tərəfində yerləşir və nəticələri vizuallaşdırır.

 

  1. Maneələr (Barriers):
    • Səbəblərdən təhlükəli hadisəyə və təhlükəli hadisədən nəticələrə qədər keçidi dayandırmaq və ya zəiflətmək üçün nəzərdə tutulan idarəetmə tədbirləri;
    • Bu da iki əsas kateqoriyaya bölünür:
      • Profilaktik maneələr (Preventive Barriers): Təhlükəli hadisənin baş verməsinin qarşısını almağa yönəlir;
      • Zərərlərin yumşaldılması (Mitigation Barriers): Hadisənin təsirlərini azaltmağa çalışır.

 

Diaqramın strukturunda maneələrin rolu:

  • İdarəetmə və nəzarət: Hər bir maneə müəyyən bir tədbir, proses və ya texnologiyanı təmsil edir. Məsələn, sızma təhlükəsinin qarşısını almaq üçün avtomatik bağlanma klapanlarının tətbiqi və ya təlim proqramlarının təşkil edilməsi;
  • Çatışmazlıqların identifikasiyası: Hər bir maneənin gücü və zəif tərəfləri təhlil edilir. Bu, risklərin daha dəqiq idarə olunmasına kömək edir.

 

Qalstuk-Kəpənək” təhlilinin əhəmiyyəti:

  • Risklərin görünməsi: Təhlükəli hadisələrin baş vermə ehtimalları, səbəbləri və təsirlərini bir baxışda anlamaq üçün vizual vasitədir;
  • Tədbirlərin effektivliyinin qiymətləndirilməsi: Mövcud maneələrin və nəzarət tədbirlərinin təsirini təhlil etməyə imkan verir;
  • Qərarların təkmilləşdirilməsi: Təhlükəsizlik planlaşdırması zamanı daha yaxşı strategiyalar hazırlamağa dəstək olur.

 

Tətbiq sahələri:

  • Neft və qaz sənayesi: Platformaların təhlükəsizliyinin təmini üçün;
  • Aviasiya: Təyyarə qəzalarının qarşısını almaq üçün;
  • Səhiyyə: Tibbi cihazların risk idarəetməsi;
  • İnşaat: İş sahələrində qəza risklərinin minimuma endirilməsi.
  • İT və kibertəhlükəsizlik: Kiberhücum riskinin qiymətləndirilməsi və məlumatların idarə edilməsi. İnformasiya sistemlərinin qorunması və kiber insidentlərin nəticələrinin minimuma endirilməsi üçün strategiyaların hazırlanması.
  • Nəqliyyat və logistika: Dəniz, avtomobil və dəmir yolu nəqliyyatında risklərin idarə edilməsi. Təhlükəli yüklərin daşınması ilə bağlı qəzaların qarşısının alınması.
  • Enerji: Atom, istilik və su elektrik stansiyalarının istismarında risklərin idarə edilməsi. Elektrik enerjisinin paylanmasında təhlükələrin təhlili.
  • Maliyyə: Əməliyyat və strateji risklərin idarə edilməsi. İqtisadi böhranların və ya maliyyə saxtakarlığının nəticələrinin təhlili.
  • Layihənin idarə edilməsi: Layihənin icrası ilə bağlı risklərin müəyyən edilməsi, gecikmələrin və ya büdcə artıqlığının qarşısını almaq üçün tədbirlərin planlaşdırılması.
  • Ətraf mühitin mühafizəsi: Neft dağılmaları, zərərli maddələrin emissiyaları kimi ətraf mühitin çirklənməsi risklərinin qiymətləndirilməsi. Təbiətə təsirin minimuma endirilməsi üçün tədbirlərin hazırlanması.

 

“Qalstuk-Kəpənək” təhlili kompleks risklərin idarə edilməsində güclü və geniş istifadə olunan bir üsuldur. Təhlükələrin tam mənzərəsini təqdim etməklə yanaşı, mövcud idarəetmə tədbirlərinin nə dərəcədə effektiv olduğunu dəyərləndirmək üçün də imkan yaradır.

 

Global Management olaraq, risklərin idarə edilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müasir metodologiyalar (və ya üsullar) tətbiq edirik. Təhlükəli hadisələrin səbəblərini və nəticələrini təhlil etmək, eləcə də bunun qarşısını almaq üçün müştərilərimizə genişmiqyaslı məsləhətlər, idarəetmə üsulları təqdim edirik.

 

Belə ki, Global Management olaraq, “Qalstuk-Kəpənək” təhlilinin təqdim etdiyi imkanları Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət xidmətlərimizlə birləşdiririk. Müştərilərimizin qarşılaşa biləcəyi riskləri analiz edərək, bu risklərin səbəblərini və nəticələrini müəyyənləşdirir, həmçinin, bunun əsasında effektiv həllər təqdim edirik.

 

Keyfiyyət təminatı üzrə peşəkar yanaşmamızla:

  • Təhlükəsizlik tədbirlərinin nə dərəcədə effektiv olduğunu təhlil edir;
  • Profilaktik tədbirlərlə risklərin baş vermə ehtimalını azaldır;
  • Zərərləri minimuma endirən həllər təqdim edirik.

Keyfiyyətə nəzarət xidmətlərimiz isə mövcud proseslərinizin və texnologiyalarınızın güclü və zəif tərəflərini aşkara çıxarmaqla, davamlı inkişafı təmin edir. Bu yanaşma ilə biznesiniz yalnız təhlükəsizliyi artırmaqla qalmır, həm də məhsuldarlığını maksimuma çatdırır.