Plantopia.az | Marketinq Təhlili
Layihənin əsas məqsədi mövcud biznes və marketinq modelinin dərin analizi, brendin onlayn mövcudluğunun qiymətləndirilməsi və davamlı böyümə üçün strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi olub.
Bu çərçivədə aşağıdakı əsas istiqamətlər üzrə analitik işlər aparılıb:
• Biznes modelinin və marketinq strategiyasının qiymətləndirilməsi
• Unikal satış təklifinin və məhsul çeşidinin təhlili
• Satış kanallarının və müştəri səyahətinin analizi
• Hədəf auditoriya seqmentlərinin müəyyənləşdirilməsi və davranışların öyrənilməsi
• Veb-saytın UX/UI və SEO baxımından qiymətləndirilməsi
• Sosial media və reklam fəaliyyətlərinin auditi
• Rəqabət mühitinin və bazar tendensiyalarının təhlili
• SWOT təhlili əsasında strateji mövqeləndirmə
Analiz nəticələrinə əsaslanaraq Plantopia.az üçün ölçülə bilən, tətbiqolunan və uzunmüddətli dəyər yaradan tövsiyələr paketi hazırlanıb.
Tövsiyələr brend mövqeləndirilməsi, məzmun strategiyası, sosial media fəaliyyəti, reklam kanalları, satış mexanizmləri və müştəri loyallığının artırılması kimi əsas sahələri əhatə edir.