“Heartland Agro” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətdir. “Global Management” bu şirkət üçün autsorsinq xidmətləri göstərərək strateji və əməliyyat proseslərinin daha səmərəli şəkildə qurulmasını təmin edir. Görülən işlərin əsas məqsədi şirkətin əsas fəaliyyətinə fokuslanmasına şərait yaratmaq və dəstək funksiyalarını optimallaşdırmaqdır.
Təqdim olunan xidmətlər:
Satınalma və Təchizat Zəncirinin İdarəolunması
Satınalma və təchizat zənciri üzrə idarəetmə sistemi qurulur, resurslardan istifadəyə nəzarət mexanizmləri yaradılır və əməliyyatların fasiləsizliyi təmin edilir.
Hüquqi Müşavirə və Dəstək
Hüquqi sahədə bütün əsas müqavilələr hazırlanır və yoxlanılır, hüquqi sənədləşmə aparılır və şirkətin fəaliyyəti mövcud qanunvericiliyə uyğunlaşdırılır.
Marketinq və Brendin İnkişafı
Marketinq və brendin inkişafı istiqamətində brend strategiyası formalaşdırılır, bazarda mövqeləndirmə müəyyən edilir və kommunikasiya-tanıtım fəaliyyətləri üzrə konsultasiya və icra işləri həyata keçirilir.