EN Bizimlə əlaqə

Əmək məcəlləsinə edilən dəyişikliklərə əsasən

Əmək məcəlləsinə edilən dəyişikliklərə əsasən

Əmək Məcəlləsinə edilən son dəyişikliklər əmək münasibətlərində daha ədalətli, şəffaf və müasir yanaşmanı formalaşdırmağa xidmət edir. Bu yeniliklər həm işçilərin sosial hüquqlarını genişləndirir, həm də işəgötürənlər üçün daha aydın hüquqi çərçivə yaradır.

Global Management olaraq, sizi Əmək Məcəlləsində edilən əsas dəyişikliklərlə tanış edirik:

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.

Distant işin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək.

Gecə növbəsinə təyin olunan işçilərin ailə vəzifələri nəzərə alınacaq.

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq.

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq.

Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir.

Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək.

İşçi hərbi xidmətə çağırılanda ona orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəniləcək.

Bu dəyişikliklər işçi–işəgötürən münasibətlərində balansın qorunmasına, sosial məsuliyyətin artırılmasına və əmək bazarında daha sağlam mühitin formalaşmasına yönəlib.

Əmək qanunvericiliyi və İR prosesləri ilə bağlı daha ətraflı məsləhət və peşəkar dəstək üçün Global Management komandası hər zaman yanınızdadır.