EN Bizimlə əlaqə

Global Management-in dəstəyi ilə “Kağız gətir – kitab apar” layihəsinə start verilib

Global Management-in dəstəyi ilə “Kağız gətir – kitab apar” layihəsinə start verilib

18 mart – Qlobal Təkrar Emal Günü münasibətilə Bakı Avropa Liseyində “Kağız gətir – kitab apar” adlı sosial-ekoloji layihəyə start verilib. “Global Management”in dəstək verdiyi layihə təkrar emal mədəniyyətinin təşviqi, ekoloji şüurun artırılması və mütaliəyə marağın gücləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində şagirdlər evlərində istifadəsinə ehtiyac duyulmayan və tullantı hesab edilən kağızları məktəbə gətirərək əvəzində yeni kitablar əldə ediblər. Toplanan kağız tullantıları isə “Təmiz Şəhər” ASC tərəfindən təkrar emala yönləndirilib.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təşəbbüs uşaqlar və gənclər arasında həm ekoloji məsuliyyətin formalaşdırılmasına, həm də oxu vərdişlərinin inkişafına töhfə verir. Layihənin gələcəkdə ekoloji təqvim günlərində, müxtəlif təhsil müəssisələrində, kitab sərgilərində və digər ictimai məkanlarda davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə “Təmiz Şəhər” ASC və Bakı Avropa Liseyinin təşkilatçılığı, Azərbaycan Nəşriyyatları Assosiasiyası, “Global Media Group”, “Global Management”, “Bravo Supermarket”, “Smart Waste” MMC, “Chapar Poliqrafiya”, “Gilavar Foto Klubu”, “EcoHub” və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.