EN Bizimlə əlaqə

Global Management əməkdaşları şahmat turnirində iştirak ediblər

Global Management əməkdaşları şahmat turnirində iştirak ediblər

“Global Media Group”un tərkibində fəaliyyət göstərən “Global Management”, “Report” İnformasiya Agentliyi, “Baku TV” televiziya kanalı, “Caliber” informasiya-analitik portalı, “Oxu.az” və “Baku.ws” xəbər portallarının əməkdaşları arasında şahmat turniri keçirilib.

Mayın 7-də Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub. Turnirdə iştirakçılar 7 turdan ibarət İsveçrə sistemi üzrə mübarizə apararaq intellektual bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekun nəticələrinə əsasən, “Oxu.az” əməkdaşı Zaur Həsənəliyev birinci, “Report” İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, “Baku.ws”in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yerə layiq görülüb.

Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.