EN Bizimlə əlaqə

Heartland Industries

  • Maliyyə və Mühasibatlıq
  • Satınalma və Təchizat Zənciri
  • Hüquq Xidmətləri
  • İnsan Resursları
Heartland Industries

“Heartland Industries” sənaye istehsalı sahəsində fəaliyyət göstərən şirkətdir. Global Management bu şirkət üçün kompleks autsorsinq xidmətləri həyata keçirərək maliyyə, əməliyyat və idarəetmə proseslərinin sistemli şəkildə qurulmasını təmin edir. Məqsəd şirkətin dayanıqlı inkişafını dəstəkləmək və strateji hədəflərinə çatmasına şərait yaratmaqdır.

Təqdim olunan xidmətlər:  

Maliyyə və Mühasibatlıq 

Maliyyə və mühasibatlıq sahəsində büdcə planlaşdırma sistemi qurulur, mütəmadi maliyyə hesabatları hazırlanır və vergi öhdəliklərinə nəzarət mexanizmləri tətbiq olunur.

Satınalma və Təchizat Zəncirinin İdarəolunması  

Satınalma və təchizat istiqamətində təchizat prosesləri strukturlaşdırılır, xərclər optimallaşdırılır və əməliyyat axınının davamlılığı təmin edilir.

Hüquqi Müşavirə və Dəstək  

Hüquqi sahədə müqavilələr yenidən işlənir, hüquqi risklərin idarə olunması üzrə prosedurlar hazırlanır və normativ uyğunluq təmin edilir.

İnsan Resurslarının İdarə Olunması

İnsan resursları sahəsində işə qəbul prosesi qurulur, vəzifə təsvirləri hazırlanır, performansın qiymətləndirilməsi sistemi tətbiq olunur və kadr potensialının inkişafı üçün mexanizmlər yaradılır.

Marketinq və Brendin İnkişafı  

Marketinq və satış sahəsində brend identifikasiyası formalaşdırılır, bazar mövqeləndirməsi müəyyən edilir, satış prosesi üçün əməliyyat modeli hazırlanır. Brendlər üzrə sosial media hesabları yaradılır və davamlı şəkildə idarə olunur. Bununla yanaşı, çap materialları hazırlanır, korporativ üsluba uyğun xüsusi işçi geyimləri dizayn edilir və istehsal olunur. Eyni zamanda bu çərçivədə aşağıdakı ticarət markaları yaradılır və inkişaf etdirilir:
— Heartland™
— PIPE.AZ
— THISISPIPE

Layihələr

Digər Lahiyələrimiz

Hamısına bax