EN Bizimlə əlaqə

Global Management BMT Qlobal Sazişinin üzvüdür

Global Management BMT Qlobal Sazişinin üzvüdür

Global Management autsorsinq şirkəti davamlı inkişafı biznes fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab edir. Bu yanaşmanın göstəricisi olaraq, şirkət 22 aprel 2024-cü il tarixindən etibarən BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşulub və qurumun təməl dəyərlərini formalaşdıran 10 prinsipi korporativ idarəetmə və davamlılıq strategiyasının əsasına daxil edib.

Sözügedən prinsiplər təkcə daxili idarəetmə sistemində tətbiq edilmir, həm də tərəfdaş və müştərilərlə olan əməkdaşlıq platformasında rəhbər tutulur. Şirkət inteqrasiya olunmuş ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartlarına uyğun idarəetmə sistemləri vasitəsilə bu qlobal öhdəliyi davamlı olaraq gücləndirməyə və inkişaf etdirməyə sadiqdir.

Bu məqsədlər çərçivəsində Global Management həm sosial, həm də ekoloji istiqamətdə bir çox önəmli layihələr icra edir. Əməkdaşların təhlükəsiz iş şəraitinin təmin olunması və onların SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində maarifləndirilməsi şirkətin fəaliyyətində prioritet təşkil edir.

Eyni zamanda, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə fəal şəkildə ağacəkmə və təmizlik aksiyaları təşkil olunur. Ətraf mühitin qorunması öhdəliyinin bir hissəsi olaraq, kağız tullantılarının təkrar emalı və resurslardan səmərəli istifadəni nəzərdə tutan "Yaşıl Ofis" konsepsiyası çərçivəsində ekoloji layihələr davamlı olaraq genişləndirilir.

BMT Qlobal Sazişinin 10 Prinsipi

İnsan hüquqları

  1. Biznes beynəlxalq səviyyədə elan edilmiş insan hüquqlarının qorunmasını dəstəkləməli və bu hüquqlara hörmət etməlidir.
  2. Biznes insan hüquqlarının pozulmasında iştirakçı olmamalıdır.

Əmək standartları

  1. Biznes birləşmək azadlığını və kollektiv danışıqlar hüququnun səmərəli tanınmasını dəstəkləməlidir.
  2. Məcburi və icbari əməyin bütün formaları aradan qaldırılmalıdır.
  3. Uşaq əməyinin real şəkildə ləğvi təmin edilməlidir.
  4. Məşğulluq və peşə sahəsində ayrı-seçkilik aradan qaldırılmalıdır.

Ətraf mühit

  1. Biznes ətraf mühitlə bağlı risklərə qarşı ehtiyat prinsipini dəstəkləməlidir.
  2. Ətraf mühitə qarşı məsuliyyəti artıran təşəbbüslər həyata keçirilməlidir.
  3. Ətraf mühitə zərərsiz texnologiyaların inkişafı və yayılması təşviq edilməlidir.

Korrupsiyaya qarşı mübarizə

  1. Biznes rüşvətxorluq və tələbkarlıq da daxil olmaqla korrupsiyanın bütün formalarına qarşı fəaliyyət göstərməlidir.

Communication on Progress (COP) Hesabatları

BMT-nin Qlobal Sazişi çərçivəsində hər il təqdim etdiyimiz İnkişaf Hesabatları (Communication on Progress) ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz.