“Global Media Group”a daxil olan “Global Management“ şirkəti 1 mart 2025-ci il tarixində keçirilən 3-cü Vergi və Mühasibatlıq Zirvəsində öz stendi ilə iştirak edib.
“Facemark“ və “Good Finance“ şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir vergi və mühasibatlıq sahəsində fəaliyyət göstərən peşəkarları, ekspertləri və biznes nümayəndələrini bir araya gətirib. “Hesabın Gücü” sloqanı ilə təşkil olunan zirvədə sahənin aktual çağırışları, strateji inkişaf istiqamətləri, yeni texnologiyalar və müasir idarəetmə yanaşmaları müzakirə olunub.
Tədbir çərçivəsində “Global Management“in stendini ziyarət edən iştirakçılar şirkətin autsorsinq, mühasibatlıq, insan resursları, satınalma və digər biznes həlləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, potensial tərəfdaşlarla görüşlər keçirilib, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“Global Management“ biznes mühitinin inkişafına töhfə verən peşəkar platformalarda iştirakını davam etdirərək, şirkətlərin dayanıqlı inkişafına dəstək göstərməyə davam edəcək.