“Global Media Group”a daxil olan “Global Management” və digər şirkət əməkdaşları Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunan könüllü qanvermə aksiyasına qoşulublar.
2025-ci il dekabrın 26-da keçirilən aksiya çərçivəsində əməkdaşlar könüllü şəkildə qan verərək ehtiyacı olan insanların həyatına dəstək göstəriblər. Təşəbbüsün əsas məqsədi qan ehtiyatlarının artırılmasına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək və cəmiyyətdə humanitar dəyərlərin gücləndirilməsidir.
“Global Management” aksiyada fəal iştirak edərək yüksək sosial məsuliyyət nümunəsi nümayiş etdiriblər. Bu təşəbbüs “Global Media Group”un yalnız media sahəsində deyil, həm də sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş layihələrdə aktiv iştirakını bir daha təsdiqləyir.