EN Bizimlə əlaqə

Global Management növbəti dəfə beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqlədi

Global Management növbəti dəfə beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqlədi

Global Management növbəti dəfə beynəlxalq keyfiyyət standartları - ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə uyğunluğunu təsdiqlədi.

10–16 dekabr tarixlərini əhatə edən təkrar sertifikatlaşdırma auditi "TÜV Austria Azərbaycan”nın baş auditoru Zaur Fərzəliyev tərəfindən aparılıb. Audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, effektivliyi və davamlı təkmilləşdirilməsi üzrə tələblərin tam şəkildə yerinə yetirildiyi təsdiqlənib.

Qeyd edək ki, Global Management 2022-ci ildən bəri yuxarıda qeyd olunan standartlar üzrə sertifikatlara malikdir.