Global Management IV Vergi Mühasibatlıq Zirvəsində stendi ilə iştirak edib.
4 aprel tarixində “Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə IV Vergi Mühasibatlıq Zirvəsi təşkil olunub.
Dövlət qurumlarının rəsmiləri, özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsində fəaliyyət göstərən mütəxəssislər, eləcə də sahibkarlar geniş tərkibdə iştirak ediblər.
Tədbirdə öz stendimizlə iştirak edərək ziyarətçilərlə birbaşa ünsiyyət qurduq, xidmətlərimiz barədə ətraflı məlumat verdik və bizneslərin qarşılaşdığı real ehtiyacları yerində dinlədik.