EN Bizimlə əlaqə

Global Management “Global CEO Summit 2025”də iştirak edib

Global Management “Global CEO Summit 2025”də iştirak edib

“Global Media Group”a daxil olan “Global Management” və digər şirkətlər 25 fevral 2025-ci il tarixində keçirilən “Global CEO Summit 2025”də iştirak edib.

“Azerbaijan HR Institute”nin təşkilatçılığı ilə baş tutan sammit ölkənin aparıcı şirkət rəhbərlərini, sahibkarları və biznes nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində liderliyin yeni mərhələsi, süni intellektin idarəetmədə rolu, insan mərkəzli liderlik yanaşmaları və biznesin gələcək inkişaf istiqamətləri müzakirə olunub.

Sammit “Global Management” üçün müasir idarəetmə tendensiyaları ilə yaxından tanış olmaq, peşəkar biliklərini genişləndirmək və müxtəlif sahələrdən olan biznes nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq baxımından faydalı platforma olub.