“Global Media Group”a daxil olan şirkətlərin, o cümlədən, “Global Management” əməkdaşları üçün Protokol və Əməyin Təhlükəsizliyi Departamentinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə ilkin yanğınsöndürmə vasitələrindən istifadə üzrə praktiki təlim keçirilib.
Təlim çərçivəsində əməkdaşlara yanğın zamanı düzgün davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin növləri və onlardan təhlükəsiz istifadə prinsipləri barədə ətraflı məlumat verilib. Nəzəri biliklərlə yanaşı, iştirakçılar yanğınsöndürmə vasitələrinin tətbiqini praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə ediblər.
Təlimin əsas məqsədi əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını gücləndirmək, həmçinin iş mühitində təhlükəsizlik mədəniyyətinin inkişafına töhfə vermək olub.