“Global Media Group”a daxil olan “Global Management” şirkətinin əməkdaşları 4 may 2025-ci il tarixində keçirilən “Bakı Marafonu – 2025”də iştirak ediblər.
“Küləyə qalib gəl!” şüarı altında təşkil olunan marafon sağlam həyat tərzinin təşviqi, idmanın inkişafına dəstək və ictimai həmrəyliyin gücləndirilməsi məqsədi daşıyıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbir 21 kilometrlik məsafəni əhatə edib və minlərlə iştirakçını bir araya gətirib.
“Global Management” əməkdaşlarının marafonda iştirakı şirkətin sağlam həyat tərzinin təşviqinə, komanda ruhunun gücləndirilməsinə və sosial təşəbbüslərə verdiyi önəmin göstəricisidir. Tədbir çərçivəsində əməkdaşlar həm idman ruhunu bölüşmək, həm də korporativ həmrəyliyi möhkəmləndirmək imkanı əldə ediblər.