Gələn ildən etibarən özəl sektorda çalışan fiziki şəxslər gəlir vergisinə cəlb olunacaqlar.
Bu dəyişiklik “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, neft-qaz sahəsinə aid olmayan və qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində işləyən şəxslərin muzdlu gəlirlərindən 2026-cı ildən etibarən mərhələli şəkildə gəlir vergisi tutulacaq.
Yeni dərəcələrə görə:
2026-cı il (1 yanvar 2026 – 1 yanvar 2027)
• 2 500 manatadək aylıq gəlir: 3%
• 2 500 – 8 000 manat arası aylıq gəlir: 75 manat + (2 500 manatdan yuxarı məbləğin 10%-i)
• 8 000 manatdan çox aylıq gəlir: 625 manat + (8 000 manatdan yuxarı məbləğin 14%-i)
2027-ci il (1 yanvar 2027 – 1 yanvar 2028)
• 2 500 manatadək aylıq gəlir: 5%
• 2 500 – 8 000 manat arası aylıq gəlir: 125 manat + (2 500 manatdan yuxarı məbləğin 10%-i)
• 8 000 manatdan çox aylıq gəlir: 675 manat + (8 000 manatdan yuxarı məbləğin 14%-i)
2028-ci ildən etibarən (1 yanvar 2028-dən başlayaraq)
• 2 500 manatadək aylıq gəlir: 7%
• 2 500 – 8 000 manat arası aylıq gəlir: 175 manat + (2 500 manatdan yuxarı məbləğin 10%-i)
• 8 000 manatdan çox aylıq gəlir: 725 manat + (8 000 manatdan yuxarı məbləğin 14%-i)
Gəlir vergisi üzrə dəyişikliklərdən əlavə DSMF və tibbi sığorta üzrə də dəyişikliklər təsdiq edilmişdir. Belə ki, DSMF üzrə 200 manatdan yuxarı məbləğin 10%-i üstəgəl 6 manat, tibbi sığorta üzrə isə 2500 manatadək 2%, 2500 manatdan yuxarı olduqda isə 50 AZN üstəgəl 2500 manatdan yuxarı hissənin 0,5%-i. İşsizlikdən sığorta isə olduğu kimi qalır.
Bonus! Əməkhaqqını hesablayan kalkulyator
Bu dəyişiklikləri nəzərə alaraq bizim maliyyə komandamız netdən gross-u tapmaq üçün bir kalkulyator hazırlayıb. Siz həmin kalkulyatoru istifadə edərək 1 yanvar 2026-cı ildən ölkədə əməkhaqqıdan tutulmalara gəlir vergisini rahat hesablaya biləcəksiniz.
Bu effektiv həllə saatlarla aparılan hesablama prosesini saniyələrə endirə bilərsiniz!