EN Bizimlə əlaqə

Global Management jurnalistlər üçün peşəkar təlimlər təşkil edib

Global Management jurnalistlər üçün peşəkar təlimlər təşkil edib

Global Management-in təşkilatçılığı və Haber Global rəhbərlərinin iştirakı ilə jurnalistlər üçün peşəkar təlimlər təşkil olunub.

28 fevral - 1 mart 2024-cü il tarixləri arasında Global Management-in təşkilatçılığı və Türkiyənin tanınmış media ekspertləri - Haber Global-ın Ankara və İstanbul xəbər departamentlərinin rəhbərləri Özgür Feyiz və Hasan Uylaş, strategiya və təhlükəsizlik üzrə baş müxbiri Murat Karataşın iştirakı ilə “Media Təlim Proqramı” təşkil olunub. Təlimdə ölkənin bir çox aparıcı internet kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 100-ə yaxın jurnalist iştirak edib.

Təlimçi qismində çıxış edən Özgür Feyiz iştirakçılara ümumi media, mobil jurnalistika, canlı yayım və anons, yeni tətbiqlərin jurnalistikaya təsirləri, tətbiqi fotoqrafiya və video-çəkiliş texnikaları, mobil jurnalistika və canlı yayım əsasında etik məsələlər kimi mövzularda məlumat verdi. Hasan Uylaş KİV nümayəndələrinə canlı yayım və anons, mobil jurnalistikanın sosial təsirləri və xəbər keyfiyyətinin və vizual bacarıqların təkmilləşdirilməsi haqqında danışdı. 3-cü gün media eksperti Murat Karataş təlim iştirakçıları ilə canlı anons, mobil jurnalistika və vizual bacarıqların təkmilləşdirilməsi mövzularında öz təcrübəsini bölüşdü.


Proqramın əsas məqsədi iştirakçılar ilə texnologiyanın sürətli inkişafı ilə jurnalistikada ortaya çıxan yeni təcrübələrin – rəqəmsal jurnalistikadan tutmuş, müasir texnikaların düzgün istifadəsinə qədər geniş spektrli məlumatların paylaşılması idi.