EN Bizimlə əlaqə

Dayanıqlı Gələcək üçün Etik Biznes Prinsipləri

Dayanıqlı Gələcək üçün Etik Biznes Prinsipləri

Global Management: Korporativ Sosial Məsuliyyət

Müasir biznes dünyasında Korporativ Sosial Məsuliyyət (KSM) şirkətlərin fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Beynəlxalq səviyyədə fəaliyyət göstərən Global Management şirkəti də məhz bu prinsipə sadiq qalaraq, öz biznes strategiyasını qlobal dəyərlər və dayanıqlı inkişaf məqsədləri üzərində qurmuşdur.

Global Management-in əsas fəaliyyət istiqaməti "Biznesdə dayanaqlılıq və yaşıl düşüncə" prinsipi üzərində köklənib. Bu prinsip çərçivəsində şirkət təbii resursların səmərəli istifadəsi, ətraf mühitin qorunması və sosial məsuliyyət layihələrinin dəstəklənməsi ilə ekoloji təsirləri minimuma endirməyə və davamlı inkişafı təmin etməyə çalışır. Bununla yanaşı, şirkət öz daxilində də bir sıra KSM təşəbbüsləri həyata keçirir:

  • Rəqəmsal iş prosesləri ilə kağız israfının minimuma endirilməsi;
  • Effektiv tullantı idarəetmə strategiyaları;
  • "Yaşıl ofis" mədəniyyətinin təşviqi.

Bütün bunlarla yanaşı, Global Management öz fəaliyyətini ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq idarəetmə standartlarına uyğun, şəffaflıq və etik dəyərlər çərçivəsində qurur. Bu da öz növbəsində müştərilərə yüksək keyfiyyətli və məsuliyyətli xidmətlərin təqdim edilməsini təmin edir.

Şirkət təkcə öz daxili proseslərində deyil, həm də müştəriləri arasında KSM prinsiplərinin yayılmasına çalışır. Bu məqsədlə müştərilər üçün xüsusi təlimlər, ekoloji və sosial layihələrdə iştirakı təşviq edən təşəbbüslər həyata keçirilir.

Global Management inanır ki, hər bir biznes cəmiyyətin rifahına müsbət töhfə verməli, gələcək nəsillər üçün daha yaxşı və məsuliyyətli biznes mühiti formalaşdırmalıdır. Şirkət bu istiqamətdə yorulmadan çalışmaqda və öz KSM fəaliyyətini daim təkmilləşdirməkdədir.