21 sentyabr 2024-cü il tarixində bütün dünyada ətraf mühitin mühafizəsi üçün məlumatlılığın artırılması məqsədi daşıyan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Coca-Colanın təşkilatçılığı ilə keçirilən Xəzər dənizi sahillərində təmizlik aksiyasında Global Media Group və Global Management iştirak edib. Bu tədbirdə ətraf mühiti qorumaq üçün əməkdaşlarımız fəal iştirak edib.
Hər il sentyabr ayında bütün dünyada təşkil edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü okean və dənizlərdə plastik tullantıların təmizlənməsi və çirklənmə ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyan ən böyük qlobal ekoloji hərəkatlardan biridir.
İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və təbii ehtiyatların sürətlə tükənməsi kimi problemlərlə üzləşdiyimiz bir dövrdə təkcə fərdi səylərlə deyil, həm də institusional səviyyədə hərəkətə keçməyin zəruriliyinin fərqindəyik. Global Media Group və Global Management olaraq, biz iş dünyasında üzərimizə götürdüyümüz vəzifələri ekoloji şüurla birləşdirir və davamlılıq siyasətlərimizi atdığımız hər addıma inteqrasiya edirik. Əməkdaşlarımızla birlikdə Xəzər dənizinin sahillərini təmizləməklə təbiəti qorumaq və daha təmiz və sağlam gələcək üçün maarifləndirmə işlərimizə öz töhfəmizi veririk.
Bundan əlavə, təkcə iş dünyasında deyil, həm də yaşadığımız mühitlə bağlı məsuliyyətlərimizin də fərqindəyik. Ətraf ərazilərdə yığılan tullantıların təmizlənməsinə töhfə verməklə, ekoloji mühiti təhdid edən plastik çirklənmə ilə mübarizə aparmaq üçün tədbirlər görürük. Global Media Group-un idarə heyətinin üzvü və Global Management-in idarə heyətinin sədri Rövşən Nizamov təmizlik aksiyası ilə bağlı aşağıdakı açıqlamaları verib:
"BMT-nin Qlobal Sazişinin üzvü kimi biz ekoloji məsuliyyətimizi ən yüksək səviyyədə dərk edirik. Xəzər dənizinin sahillərində təşkil edilən bu təmizlik aksiyası təkcə ətraf mühiti təmizləməklə kifayətlənmir, həm də ətraf mühitin mühafizəsi istiqamətində səylərimizin bir hissəsinin də nümayişidir. Gələcək nəsillər üçün daha yaşana bilən dünya buraxmaq öhdəliyimizi yerinə yetiririk. Bu cür layihələrə verdiyimiz dəstək ətraf mühitə sadiqliyimizi və məsuliyyətimizi hər zaman üstün tutmaq istəyimizi əks etdirir. Bütün əməkdaşlarımızın və cəmiyyətin birgə qayğısı ilə təbiətə olan borcumuzu müəyyən qədər ödəyə biləcəyimizə ümid edirik.Xəzər bizim təbii irsimizdir və onu qorumaq bizim vətəndaşlıq borcumuzdur”.
Bu aksiya həm də əməkdaşlarımız arasında ekoloji maarifləndirməni artırmaq və sosial məsuliyyət layihələrində daha çox iştirak etmək məqsədi daşıyır. İnanırıq ki, hər bir əməkdaşımızın belə layihələrə cəlb olunması həm fərdi şüur yaradacaq, həm də sosial həmrəyliyi gücləndirəcək.